2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Jurnalistlərin Tovuz döyüşlərinin baş verdiyi ərazilərə səfəri təşkil olunub

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Tovuz döyüşlərinin üçüncü ildönümü ərəfəsində media nümayəndələri üçün əməliyyatların həyata keçirildiyi ərazilərdə mediatur təşkil olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Nazirlikdən “Report”a bildirilib ki, media nümayəndələri Tovuz döyüşlərinin iştirakçısı olan, eləcə də bu ərazilərdə dislokasiya olunan hərbi hissədə xidmət edən hərbi qulluqçulardan müsahibələr götürüb və çəkilişlər aparıblar.

Hərbi qulluqçular 2020-ci ilin iyul ayının 12-dən 17-dək dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində gedən döyüş əməliyyatlarından xatirələrini bölüşüblər.

Mediatur çərçivəsində media nümayəndələri şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də məişət şəraitinin təmin edilməsi məqsədilə hərbi hissədə yaradılan şəraitlə də yaxından tanış olublar.

Yaradılan şəraitdən məmnunluqlarını ifadə edən hərbi qulluqçular Vətənə xidmət etməkdən qürur duyduqlarını bildiriblər.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button