Loading...
Loading...
Xəbərlər

Kəlbəcər istiqamətində atışma: 2 Azərbaycan hərbçisinin yaralandığı bildirilir

Müdafiə Nazirliyi: Atəşkəsin elan olunması ilə bağlı Rusiyanın təşəbbüsü qəbul edilib

İyulun 28-də Kəlbəcər rayonu istiqamətində atəşkəsin pozulması nəticəsində Azərbaycanın 2 hərbi qulluqçusunun yaralandığı deyilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, səhər saat 00:50 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub:

“Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçu – Sadiq Əliyev və İmran İmranlı yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların həyatları üçün təhlükə yoxdur”.

Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı Rusiya tərəfinin təşəbbüsünün qəbul edildiyini vurğulayıb:

“Buna baxmayaraq, Ermənistan tərəfi əlavə olaraq tank və 120-millimetrlik minaatanlardan istifadə etməklə vəziyyəti gərginləşdirməkdə və mövqelərimizi atəşə tutmaqda davam edir”.

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan hərbçilərini erməni mövqelərinə hücum etməkdə suçlayıb:

“Saat 08.30-a olan məlumata görə, Ermənistan tərəfində 3 ölü, 2 yaralı var. Bakı indiyə qədər yalnız iki nəfərin yaralandığını bildirdi. Döyüşlər davam edir”.


24 saat” “Kəlbəcər istiqamətində atışma: 2 Azərbaycan hərbçisinin yaralandığı bildirilir” başlıqlı yazını “”yə istinadən dərc edib.

Gözdən qaçırmayın:  Bayden Rusiyadan neft və qaz idxalına tam qadağa qoyulduğunu açıqladı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button