Loading...
Loading...
Xəbərlər

Kəlbəcərdə və Laçında yeni hərbi hissələr açılıb

Bakı/18.12.21 Müdafiə naziri Zakir Həsənov Kəlbəcər və Laçın rayonlarına səfər edib, burada yeni inşa olunmuş hərbi təyinatlı obyektlərin açılışında iştirak edib. Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Yeni hərbi hissələrdə şəxsi heyət üçün lazımi şərait yaradılıb. Binalar bütün zəruri ehtiyacları təmin etmək məqsədilə müasir avadanlıq, mebel və inventarlarla təchiz edilib. Burada silah otağı, yataqxana, yeməkxana, mətbəx, tibb məntəqəsi, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı və fasiləsiz elektrik enerjisi ilə təmin edən generatorlar mövcuddur. Binalar istilik, işıq və su xətləri ilə təmin olunub.

Alınan yeni tırtıllı və xizəkli texnika vasitələri ilə qarla örtülmüş çətin relyefli ərazilərdə şəxsi heyətin, o cümlədən yüklərin fasiləsiz daşınması təmin edilir. -02D-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button