2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Kərbəlada partlayış: Ölənlər var

İraqda kamikadze tərəfindən törədilmiş partlayışın nəticəsində 18 nəfər ölüb.

Moderator.az xəbər verir ki, bu barədə “France-Press” agentliyi məlumat yayıb.
Partlayış Kərbəla şəhərindən qərbdə yerləşən Ayn Tamer şəhərində baş verib.
Agentliyin məlumatına görə, hücumu kamikadze kəmərləri, tüfəng və qumbara ilə silahlanmış beş terrorçu-kamikadze həyata keçirib.
“Onlarda “Kalaşnikov” avtomatı, əl qumbaraları var idi. Onlardan biri özünü partlatdı, qalanlarını hərbçilər zərərsizləşdirdilər”, – agentlik əməliyyata rəhbərlik edən Kais Xələfin sözlərindən sitat gətirib.
Yerli şuranın üzvü və tibb işçiləri arasında olan mənbənin sözlərinə görə, bazar günü gecə baş verən partlayış nəticəsində 26 nəfər yaralanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button