Bizim tərcümə

Kaliforniyada qasırğa nəticəsində 14 nəfər ölüb

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-01-10 15:28:34

class=”medianet-inline-adv”>

ABŞ-ın Kaliforniya ştatında 3 həftədir təsirli olan şiddətli fırtına həyata mənfi təsir edib.

Saytların yığılması Saytlarin yigilmasi

Kaliforniya Qubernatorluğunun Təcili Yardım Xidmətindən verilən açıqlamada, fırtına səbəbiylə can itkisinin 14-ə yüksəldiyi ifadə edildi. Santa-Kruzda leysan yağışlar nəticəsində baş verən sürüşmə səbəbindən magistralın hər iki istiqamətdə nəqliyyat üçün bağlandığı bir vaxtda çayın üzərindəki magistral körpünün də dağıldığı öyrənilib. Yanğınsöndürmə idarəsindən verilən açıqlamada Ventura çayının daşması nəticəsində köməksiz vəziyyətdə qalan 18 nəfərin xilas edildiyi bildirilib.

Kaliforniya qubernatoru Gavin Newsom şiddətli külək və yağışların təhlükəli təsirini davam etdirdiyini bildirib və ictimaiyyəti diqqətli olmağa çağırıb.

ABŞ prezidenti Co Bayden Qubernatorun federal təcili yardım tələbini təsdiqlədikdən sonra Federal Fövqəladə Halların İdarə Olunması Agentliyi ştatdakı işi dəstəkləmək üçün hərəkətə keçdi. Qubernatorun açıqlamasında, evlərini tərk etmək məcburiyyətində qalanlar üçün ştatda 31 sığınacaq yaradıldığı bildirilib.

class=”medianet-inline-adv”>

Təxminən 140 min ev və iş yerinin işıqsız qaldığı Kaliforniyada güclü yağışların bu gün və sabah da davam edəcəyi gözlənilir.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button