2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Kanadada meşə yanır

Sutka ərzində Kanadada meşə yanğını təxminən 10 dəfə artaraq təxminən 85 min hektar əraziyə yayılıb.

Yanğın Alberta əyalətindəki Fort Makmurrey şəhərindən başlayıb.

Yanğın söndürənlər alovla mübarizəyə atılsa da güclü külək və istiyə görə heçnə edə bilmirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Hakim dairələr 50 kilometrlikdəki Anzak və Greqori Leyk-Esteyts şəhərlərinin də təhlükədə olduqlarını xəbərdarlıq edib.

Aznak şəhərinə köçürülənlər, indi burdan da qaçmalı olacaqlar.

Donna adlı sakin deyir ki, dəhşətli dərəcədə əsəbi bir vəziyyətdir. Bilmirsən orda nə yanıb, nə sağ qalıb, yalnız qayıdanda biləcəyik.

Fort Makmurreydə yanğın ötən bazar günündən başlayıb və hazırda şəhərin cənubundakı neftli qumluğa yaxşınlaşır.

3 gün əvvəl şəhərdən 88 min adam köçürülüb.

Yüzlərlə adamın evi yanıb.

Yanğını nəzarətə götürmək mümkün deyil.

Baş nazir Castin Trüdo təbii fəlakət zonasına hərbi aviasiya göndərib: “Hərbi aviasiya Alberta əyalətinə lazımi kömək-insanların köçürülməsi, lazımi yüklərin çatdırılması, həmçinin bu regionlara xilasedicilər və avadanlıqlar daşınmasına yardım etməyə hazırdır”.

Yanğın havadan söndürülsə də hakimiyyət etiraf edir ki, güclü yağış olmayınca bunun öhtəsindən gələ bilməyəcəklər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button