2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Kanal-11” jurnalistlərin son həbslərini pisləyir

“Kanal-11” İnternet-TV Azərbaycanda jurnalistlərin və fəalların son həbslərilə bağlı bəyanatla çıxış edib.

“Şübhəsizdir ki, ötən ildən həm ictimai-siyasi fəallara, həm də jurnalistlərə qarşı aparılan bu repressiya dalğası Azərbaycan iqtidarının ölkədə mövcud olan sonuncu müstəqil səsləri belə məhv etmək planının tərkib hissəsidir”, – bəyanatda deyilir.

Lakin 2012-2014-cü illərdəki əvvəlki repressiya dalğası göstərdi ki, nə qədər həbslər, təyziqlər, təqiblər, saxlanmalar olsa da, ölkədəki müstəqil səsləri məhv etmək mümkün olmayacaq.

Saytların yığılması Saytlarin yigilmasi

“Kanal 11” “Toplum” TV və “Abzas Media” ilə həmrəy olduğunu bildirib və avtoritarizmə qarşı eyni cəbhədə mübarizə apardığını bəyan edib.

Xatırladaq ki, “Kanal”in rəhbəri Teymur Kərimov ötən ilin dekabrında qəsdən tələb etmə ittihamı ilə həbs edilib.

Bu media-resurs siyasi və sosial xarakterli etiraz aksiyalarını işıqlandırıb. Hazırda onun əməkdaşları digər media meydançalarında işlərini davam etdirirlər.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button