2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Kanal 13”ün daha iki əməkdaşına qaçaqmalçılıq ittihamı verilib

Anar Orucov: “Hətta qohumlarımız arasında da həbslər olacağı barədə xəbərlər almışam”

“Kanal 13” internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucov haqqında cinayət işi üzrə kanalın əməkdaşlarına da qaçaqmalçılıq ittihamı verilib.

Bu barədə “Kanal 13”ün təsisçisi Anar Orucov məlumat verərək bildirib ki, kanalla əməkdaşlıq edən Şamo Eminov eyni cinayət işi üzrə dekabrın 22-də tutulub. Onun evində axtarış aparılıb. Ardınca Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb. Səbail Rayon Məhkəməsinin qərarıyla onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Saytların yığılması Saytlarin yigilmasi

Anar Orucov deyir ki, Şamo Eminova münasibətdə qanunun bir çox tələbi pozulub: onun həbs olunması haqda ailəsinə məlumat verilməyib, özünün və ya yaxınlarının seçdiyi vəkil vasitəsilə müdafiə olunmasına şərait yaradılmayıb.

Şamo Eminov. Foto: sosial şəbəkə

“Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsinin baş müstəntiqi Elşən Bədəlzadə qanunları, hüquqları, qaydaları pozub. Şamo Eminovun ailəsi onun həbsindən 4 gün sonra – Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasına köçürüləndən sonra xəbər tutub. O, təcridxanadan ailəsilə əlaqə saxlayıb, vəkil istəyib. Şamo dindirmə zamanı hədə-qorxuya məruz qalıb, vəkillə təmin olunmayıb”, – Anar Orucovun sözləridir.

İddia olunur ki, Şamo Eminov Gürcüstana gedib-gələrək, “Kanal 13” üçün oradan pul gətirib.
Anar Orucov isə bildirir ki, Şamo Eminov əslən Gürcüstandandır, onun valideynləri orada yaşayır. O, Gürcüstana ata-anasını görməyə gedib.

Şamo Eminovla yanaşı, “Kanal 13″ün hazırda inzibati həbsdə olan daha bir əməkdaşı Rüfət Muradlının da eyni cinayət işi üzrə istintaqa cəlb olunduğu və dindirildiyi bildirilir.

Foto: Anar Orucovun şəxsi arxivindən

Yaxın günlərdə Əziz Orucovun əleyhinə ifadə vermələri üçün digər əməkdaşlarımızın da istintaqa cəlb  olunacağı, hətta qohumlarımız arasında da həbslər olacağı barədə xəbərlər almışam”, – Anar Orucov belə deyir.

Onun sözlərinə görə, məqsəd “Kanal 13″ün fəaliyyətinin dayandırılmasıdır:

“Tələb edirlər ki, kanalı bağlayım. Lakin bütün çətinliklərə baxmayaraq, davam edəcəm…”.

Bakı İstintaq Təcridxanasındakı mənbə də Şamo Eminovun həbs olunduğunu və orada olduğunu təsdiqləyib.

Əziz Orucov noyabrın 27-də saxlanılıb, ertəsi gün Səbail Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs qətimkan tədbiri seçilib. Onun evində və kanalın ofisində axtarış aparılıb.

“Kanal 13” rəhbərinə qarşı əvvəl Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə ittiham irəli sürülüb. İttihamda göstərilib ki, o, Səbail rayonu ərazisində tikinti üçün dövlət orqanlarının icazəsi olmadan ev inşa etdirib.

Əziz Orucov, foto: Meydan TvƏziz Orucov, foto: Meydan Tv
Əziz Orucov, foto: Meydan Tv

Dekabrın 19-da Əziz Orucova Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə əlavə ittiham verilib.

Əziz Orucov isə bu ittihamların absurd olduğunu bildirib, həbsini rəhbərlik etdiyi kanalın fəaliyyətilə əlaqələndirib. O vurğulayıb ki, jurnalist fəaliyyətinə görə cəzalandırılıb.

Son bir ay ərzində Azərbaycanda çoxsaylı jurnalistlər həbs olunub. Onların arasında korrupsiya araşdırmalarıyla tanınan “AbzasMedia” nəşrinin direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, saytın layihə rəhbəri Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalist Nərgiz Absalamova, bir sıra internet televiziyasının əməkdaşı olan reportyor Teymur Kərimov, “Kanal 13”ün aparıcısı Rüfət Muradlı da var. Rüfət Muradlı dekabrın 2-də günorta saatlarında saxlanılıb. Ona İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə 30 sutka inzibati həbs cəzası verilib.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button