2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Vakansiya 2021

Kapital Bank Son müraciət:17.09.2021 Qiymətləndirmə və Motivasiya şöbəsində aparıcı mütəxəssis/baş mütəxəssis

Kapital Bank İnsan resurslarının idarə edilməsi departamentinin Qiymətləndirmə və Motivasiya şöbəsində aparıcı mütəxəssis/baş mütəxəssis vakansiyası üzrə işə qəbul elan edir.

Ümumi məlumat

Kapital Bank namizədləri İnsan resurslarının idarə edilməsi departamentinin Qiymətləndirmə və motivasiya şöbəsində aparıcı mütəxəssis/baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Saytların yığılması Saytlarin yigilmasi

Öhdəliklər

  • Əməkdaşların fəaliyyət qiymətləndirilməsini həyata keçirmək
  • Əməkdaşların illik fəaliyyət göstəricilərinin təhlili etmək
  • HR proseslər üzrə analiz aparmaq (HR metriklər üzrə hesabatlar və təhlillər aparmaq).
  • Əməkdaşların fəaliyyət göstəricilərinə uyğun olaraq hesablamaları aparmaq
  • Fəaliyyət göstəricilərinin təhlili zamanı istifadə olunan hesabatları optimallaşdırmaq
  • HR layihələrdə iştirak etmək
  • Əməkdaşların motivasiya istiqamətləri üzrə təkliflər vermək
  • Ehtiyaclara uyğun olaraq əməkdaşların motivasiya paketini hazırlamaq
  • Birbaşa rəhbəri, İdarə Heyəti sədri  tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirmək
  • Əmək müqaviləsi, Bankın Nizamnaməsi, bankın idarəetmə orqanlarının və/ və ya departamentin əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktlarla müəyyənləşdirilən digər səlahiyyətləri həyata keçirmək
  • Fəaliyyətinə aid olan istənilən məlumatı tam və məhdudiyyətsiz əldə etmək
  • Əmək müqaviləsi ilə nəzərdə tutulmuş hüquqlarına riayət edilməsini tələb etmək.

Tələblər

  • Ali (bakalavr/magistr) təhsili
  • İnsan Resurslarının İdarə edilməsi sahəsində müəyyən biliklərə və minimum 2-3 illik iş təcrübəsinə malik olmaq
  • Performansın idarə edilməsi prosesi barədə məlumatlı olmaq
  • HR metrikləri barədə məlumatlı olmaq
  • Komandada işləmək bacarığı
  • Azərbaycan dilini mükəmməl, rus dilini və ingilis dillərini yaxşı səviyyədə bilmək
  • MS Office, Excel və İnternet resursları ilə işləmə bacarığı olmaq
  • Ünsiyyətqurma bacarıqları
  • Məsuliyyətli, diqqətli olmaq

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, [email protected] elektron ünvanına “Qiymətləndirmə və motivasiya şöbəsinin aparıcı mütəxəssisi/baş mütəxəssisi” başlığı ilə müraciət edə bilərsiniz.

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button