2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Keçmiş FTB direktoru Comey deyir ki, Trump ona təzyiq edib

FTB-nin keçmiş direktoru James Comey deyir ki, prezident Trump ondan loyallıq tələb edib və özünün milli təhlükəsizlik müşavirinin Rusiya rəsmiləri ilə əlaqələrinə dair cinayət təhqiqatını dayandırması üçün ona təzyiq göstərib.

AzadlıqRadiosunun məqaləsində deyilir ki, Comey-nin bu yazılı ifadəsi iyunun 7-də Senatın Kəşfiyyat Komitəsi tərəfindən açıqlanıb. Comey komitə qarşısında iyunun 8-də ifadə verməlidir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu qeydlər Trump-ın öz milli təhlükəsizlik müşaviri Michael Flynn-ə dair FTB təhqiqatına müdaxilə etdiyi barədə bu yaxınlarda yayılmış bir neçə səs-küylü mətbuat xəbərləri ilə səsləşir.

Flynn yeni postunda heç bir ay da oturmadan, fevralın 13-də Ağ Ev rəsmilərinə özünün Rusiya rəsmiləri ilə təmasları barədə yanlış məlumat verdiyinə görə vəzifədən kənarlaşdırılıb.

Yazılı ifadəsində Comey bildirir ki, yanvarın 27-də Trump-la etdiyi şəxsi şam yeməyi zamanı prezident ondan FTB direktoru olaraq qalmaq istəyib-istəmədiyini soruşub. Comey-ni bu vəzifəyə Barack Obama təyin etmişdi.

Comey yazırki, cavabında özünün 10 illik müddətini tam şəkildə başa vurmaq istədiyini deyib və “siyasi baxımdan heç kimin tərəfində olmadığını” bildirib.

Comey-nin dediyinə görə, Trump ona deyib ki, “mənə loyallıq lazımdır, mən loyallııq gözləyirəm”. Comey bunun cavabında özünün təmizliyini təklif etdiyini deyib.

Trump bundan sonra deyib ki, o “təmiz loyallıq” istəyir. Comey bu dəfə deyib: “Siz məndən bunu görəcəksiniz”.

Fevralın 14-də Ağ Evdə keçirilən görüşdə Trump büronun Flynn-ə dair təhqiqatı məsələsində Comey-ə təzyiq göstərib: “Mən ümid edirəm ki, bu məsələnin başa çatması üçün, Flynn məsələsinin başa çatması üçün çıxış yolunu görürsünüz. O yaxşı oğlandır”.

Daha sonra Comey yazılı ifadəsində bildirir: “Mən başa düşmüşdüm ki, prezident Flynn-in dekabr ayında Rusiya səfiri ilə söhbətinə dair verdiyi yanlış məlumatla bağlı bizim təhqiqatımıza xitam verilməsini rica edir”.

Trump Comey-ni mayın 9-da vəzifəsindən azad edib və bununla da Vaşinqtonu silkələyərək öz prezidentliyinə şübhə kölgəsi salıb.

Yazılı ifadəsində Comey həmçinin bildirir ki, Trump özünün federal təhqiqat altında olmadığı barədə açıq bəyanat verməsi üçün ona təzyiq göstərib. Martın 30-da telefon zəngi zamanı Trump Comey-dən onun üzərindəki bu “buludu necə qaldırmağın” lazım olduğunu soruşub.

Comey yazır: “Mən cavab verdim ki, biz bu (Rusiya) məsələsini mümkün qədər tez araşdırmağa çalışırıq və biz bu yaxşı işin nəticəsində heç nə tapa bilməsək, hamı üçün böyük bir fayda olacaq”.

Keçmiş FTB rəhbəri yazır: “O razılaşdı, lakin sonra bunun onun üçün yaratdığı problemlər məsələsini bir daha vurğuladı”.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button