2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Keçmiş rəis müavininin intiharında yeni DETAL – VİDEO (18+) (YENİLƏNDİ)

Mərhumun ailə üzvlərindən biri nuh.az-a bildirib ki, Ramiz Quliyevin psixikasında heç bir problem olmayıb: “Əslində, Ramiz Quliyev balkondakı qızdırıcı qurğunu təmir edəndə ehtiyatsızlıq edərək 8-ci mərtəbədən yıxılıb”.

Mərhumun ailə üzvü onu da söyləyib ki, mərhum Nizami RPİ-dən əvvəl Səbail Polis İdarəsində rəsi müavini olub və 2010-cu ildə psixikasındakı problemlə bağlı deyil, DİN rəhbərliyinə bəlli olan səbəbdən uzaqlaşdırılıb.

***

Saytların yığılması Saytlarin yigilmasi

Daxili İşlər Nazirliyi (DİN) keçmiş polis əməkdaşının özünü binadan ataraq intihar etməsi barədə məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, Ramiz Quliyev vaxtı ilə polis orqanlarında çalışıb: “Lakin o, Nizami rayon Polis İdarəsində deyil, Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsində rəis müavini vəzifəsində çalışıb.

O, hələ xidmət etdiyi müddətdə sağlamlığında, daha doğrusu psixikasında yaranmış problemlərlə əlaqədar 2010-cu ildə daxili işlər orqanlarından xaric olunub. Yeddi il əvvəl polis orqanlarında xidmətdən xaric olunmuş bir şəxsi polis əməkdaşı kimi təqdim etmək düzgün yanaşma deyil”.

***

Bakı şəhəri, 7-ci mikrorayon, S.Sani Axundov küçəsi 31/23 ünvanında yerləşən 18 mərtəbəli binanın sakini Ramiz Quliyevin intiharı anı müşahidə kamerlarımıza düşüb.

Həmin görüntüləri təqdim edirik:

***

Bakı şəhəri, 7-ci mikrorayon, S.Sani Axundov küçəsi 31/23 ünvanında yerləşən 18 mərtəbəli binanın sakini Ramiz Quliyevin intiharının bəzi təfərrüatı məlum olub.

Publika.az-ın hadisə yerində olan əməkdaşının araşdırması zamanı bəlli olub ki, qonşuların əksəriyyətinin R.Quliyevin binada yaşamasından xəbəri belə yoxdur. Onlar evə kiminsə gəlib-getdiyini heç vaxt görmədiklərini deyirlər.

Sakinlərindən heç bir məlumat ala bilməsək də, binanın mühafizəçiləri onu tanıyır.

Mühafizəçilər R.Quliyevin bu evində daimi yaşamadığını söyləyir: “Hərdən bura gəlirdi, bir neçə saat qalıb gedirdi. Başqa evinin olduğunu bilirdik. Evli idi, amma heç vaxt ailə üzvləri, yaxınları bura gəlməmişdi. Bilirdik ki, keçmiş polis işçisi olub, amma indi mühafizəçi işləyirdi. Harada işlədiyini dəqiq bilmirik. İntihar edəndə də ayağında corab yox idi, amma mühafizəçi geyimini əynindən çıxarmamışdı. Cibindən psixotrop dərmanlar çıxıb. Son vaxtlar problemləri var idi. Yoldaşından ayrılmışdı, ona görə də əhvalı yaxşı deyildi. Bu, onun ikinci evliliyi idi”.

Mühafizəçilərin sözlərinə görə, indiyə qədər bu evinə heç bir yaxını gəlməsə də, bu gecə saat 04 radələrində qardaşı olduğunu deyən biri gələrək evə girmək istəyib: “Lakin gecə mühafizəçilərimiz buna icazə verməyib. Əraziyə polis, prokurorluqdan gəlmişdilər. Evdə bu gün ekspertiza qrupunun araşdırma aparacağı deyilir”.

***

Bakı şəhəri, 7-ci mikrorayon, S.Sani Axundov küçəsi 31/23 ünvanında yerləşən 18 mərtəbəli binada intihar olub.

Publika.az xəbər verir ki, dünən gecə saat 21-22 radələrində binada yaşayan 1960-cı il təvəllüdlü Ramiz Xudaverdi oğlu Quliyev yaşadığı binanın 8-ci mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətdən yerindəcə keçinib.

Bina sakinlərinin verdiyi məlumata görə, R. Quliyev keçmiş polis əməkdaşıdır, Nəsimi Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsinin rəis müavini olub.

Mənzilə ilkin baxış zamanı qapıların açıq qaldığı, masanın üzərində mərhumun ailə fotolarının düzüldüyü məlum olub.

Hüquq-mühafizə orqanları intiharın səbəblərini araşdırır.

Gülxar

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button