Loading...
Loading...
Xəbərlər

KİV-ə Dövlət Dəstəyi Fondunun keçmiş rəhbəri 10 il yarım müddətə mühakimə olunub

Bakı/21.12.21 Ləğv edilmiş KİV-ə Dövlət Dəstəyi Fondunun keçmiş rəhbəri Vüqar Səfərli 10 il və 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu hökm dekabrın 21-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə oxunub. Məhkəmə onu küllü miqdarda dövlət vəsaitini mənimsəməkdə təqsirli bilib.   

Onun oğurluqla məşğul olan işgüzar tərəfdaşları da azadlıqdan məhrum ediliblər.

İstintaq tərəfindən mənimsəmənin ümumi məbləği 18 milyon manat məbləğində qiymətləndirilir. Pullar Bakının Səbayel rayonunda jurnalistlər üçün yaşayış binasının tikintisi zamanı mənimsənilib.

Mənimsəmə 2015-2018-ci illərdə baş verib.

Pulların bir hissəsi Səfərliyə məxsus  “Futbol+Qol” qəzetinin hesabına köçürülüb.

Mənimsəmələr ictimai tədbirlərin keçirilməsi zamanı da baş verib, onların xərcləri şişirdilib.

Məhkəmə zamanı dəfələrlə məsələ qaldırılıb ki, mənimsənilmiş vəsaitin bir hissəsi dövlət başçısının köməkçisi Əli Həsənova verilib, lakin məhkəmə Həsənovu prosesə çağırmayıb.-1602D-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button