Dünya

Kiyevə kamikadze dronlarla zərbələr endirilib

Şahidlər Kiyevdə üç partlayışın olduğunu xəbər verirlər

Oktyabrın 17-də səhər Ukraynanın paytaxtı Kiyevə və cənubi Dnepropetrovsk vilayətində hava zərbələri endirilib. Şərqi Donbas regionunda isə RusiyaUkrayna qüvvələri arasında ağır döyüşlər getdiyi bildirilir.

Bir həftə öncə Rusiyanın Ukrayna ərazisinə raket zərbələrində azı 19 nəfər həlak olub.

Ukrayna prezident administrasiyasının başçısı Andrey Yermak Telegram-da yazıb ki, Kiyevı kamikadze dronları ilə zərbələr endirilir.

“Rusiyalıları düşünürlər ki, bunun onlara köməyi dəyəcək”, – Yermak bildirib.

Rusiya son bir neçə həftədə kamikadze dronlardan şəhər mərkəzlərinə, infrastruktura, elektrik stahnsiyalarına zərbələrdə istifadə edir.

Mer Vitali Kliçko Telegram-da yazıb ki, Kiyevdə bir neçə partlayış baş verib. Şahidlər üç partlayışın olduğunu xəbər verirlər.

“Bütün xidmətlər hazırda hadisə yerinə gedir. Detallar daha sonra açıqlanacaq. Hava həyəcanı siqnalları davam edir. Sığınacaqlarda qalın!” – Kliçko yazıb.

Onun sözlərinə görə, partlayışlar qeyri-yaşayış binasının yaxınlığında yanğına səbəb olub, bir neçə mərtəbə dağılıb. İtkilər barədə məlumat yoxdur.

Dnepropetrovsk vilayətinə ötən gecə raket zərbəsindən sonra enerji obyekti yanıb. Yerli rəsmi havadan müdafiə qüvvələrinin üç raketi vurduğunu bildirib.

Rusiya oktyabrın 10-da Kiyevə və digər şəhərlərə zərbələr endirib. Azı 19 nəfər həlak olub, 105 nəfər yaralanıb.

24 saat” “
Kiyevə kamikadze dronlarla zərbələr endirilib
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Rusiyalıların Lımandan qaçışı. ‘İtkiləri böyük idi’

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button