2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Konqresmenlər Qubad İbadoğlunun azadlığa buraxılması ilə bağlı qətnamə hazırlayıb

Qətnaməni imzalayanlar arasında Respublikaçı və Demokrat partiyasının üzvləri yer alıb

İqtisadçı Qubad İbadoğlunun ailəsi və ABŞ Konqresinin 21 üzvü fevralın 14-də Konqresə müraciət ünvanlayıb. Qətnamədə hazırda həbsdə olan Q.İbadoğlunun Azərbaycan hökuməti tərəfindən pis rəftara məruz qalması, onun qeyri-qanuni həbsi və akademik azadlığının boğulması pislənilir.

Konqres nümayəndələri Q.İbadoğlunun dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırırlar. Bundan başqa, dövlət katibi Entoni Blinkeni Azərbaycan hökuməti ilə bütün danışıqlarda iqtisadçı alimin sağlamlığını və azadlığını prioritetə çevirməsinə səsləyiblər. Qətnaməni imzalayanlar arasında Respublikaçı və Demokrat partiyasının üzvləri yer alıb.

Saytların yığılması Saytlarin yigilmasi
Qubad İbadoğlu. Foto: Meydan TV

Bu senatorların arasında David Rouzer, David G.Valado, Nikol Malliotakis, Frank Pallon, Corc MakQoverin, Eloanor Norton və digərləri də var.

Hazırda həbsdə olan professor Qubad İbadoğlunun fevralın 15-də keçirilən növbəti məhkəmə prosesində həbs müddəti daha 3 ay uzadılıb. O, ötən ilin iyul ayının 23-də həbs olunub.

Q.İbadoğlu Cinayət Məcəlləsinin saxta pul və ya qiymətli kağızları hazırlama, əldə etmə və ya satma, eləcə də dini ekstremist materialları hazırlama, saxlama və ya yayma maddəsi ilə təqsirləndirilir.
 

Aytən FƏRHADOVA

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button