2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Lənkəranskinin cənazəsini kimin təyyarəsi gətirib? – Açıqlama

İstanbulda öldürülən Rövşən Lənkəranski haqda şayiələr səngimək bilmir. İndi də məşhur avtoritetin vətənə gətirilməsi ilə bağlı iddialar səslənir.

Bəzi xəbər portallarında yayılan məlumatlarda deyilir ki, onun cənazəsini Lənkərana gətirən təyyarə “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimova aid olmayıb.
24saat.org məsələ ilə bağlı dəqiqləşdirmə aparıb və şirkətdəki mötəbər mənbədən bildirilib ki, yayılan söz-söhbətlər şaiyə, şou xarakterlidir.
Qaynağımız qeyd edib ki, Lənkəranskinin cənazəsi həqiqətən də M.Mənsimova aid təyyarə ilə doğulduğu rayona gətirilib və bu mövzuda “Palmali” rəsmi açıqlama verməyə ehtiyac görmür.
Qeyd edək ki, bunu deputat Fəzail Ağamalı da musavat.com-a açıqlamasında təsdiqləyib və Mənsimova təşəkkürünü bildirib.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button