2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Laçın sakini: “Zabuxa qayıdışıma görə çox həyəcanlıyam”

“Zabuxa qayıdışıma görə çox həyəcanlıyam”.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, bu sözləri jurnalistlərə Laçın rayonu, Zabux kənd sakini, keçmiş məcburi köçkün Gülnarə Rəsulova deyib.

“Laçına qayıdışıma bağlı sevinc hisslərimi dillə ifadə etmək mümkün deyil. Gərək o hissi özün yaşayasan. Çünki biz oradan erkən yaşlarımızdan çıxmışıq. Amma indi ora övladlarımla, nəvələrimlə qayıdıram. Bu, mənimçün o qədər gözəl andır ki, onu dilə gətirə bilmirəm.

Cənab Prezidentimiz İlham Əliyev sağ olsun. Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Biz onların qanı, canı bahasına alınan yurdumuza qayıdırıq. Torpaqlarımız onların qanı bahasına alınıb. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Allah bütün şəhid analarına səbir versin”, – G.Rəsulova deyib.

O, hislərini cilovlaya bilməyib: “Artıq həyəcan hissi keçirirəm ki, o yerləri necə görəcəyəm. Mən Laçında anadan olmuşam, orada da oxumuşam. Həyat yoldaşım zabuxludur. Laçının hər yerini tanıyıram. Çox həyəcanlıyam, bu, qeyri-adi hissdir”.

Qeyd edək ki, bu gün rayonun Zabux kəndinə daha 25 ailənin – 91 nəfərin köçü başlayıb. Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3” yaşayış kompleksində Zabux sakinləri kəndə yola salınıb.

Bununla da bu günədək Zabuxda ümumilikdə 96 ailənin, yəni 382 nəfərin daimi məskunlaşması təmin edilib.

Zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailəlırinə səbir diləyiblər.

Köçürülən ailələr Zabux kəndində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button