2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Laçına qayıdan keçmiş məcburi köçkün: “Şəhidlərin qarşısında baş əyirəm”

“Şəhidlərin qarşısında baş əyirəm”.

Saytların yığılması Saytlarin yigilmasi

Bu sözləri “Report”a 31 ildən sonra Laçına qayıdan keçmiş məcburi köçkün Svetlana Abbasova deyib.

“32 ildir çıxmışam oradan, 40 yaşım var idi. Laçın mənim üçün çox gözəldir, çox əzizdir. Azərbaycanın ayrılmaz güşəsidir, hər bir bölgəmiz gözəldir. Laçın da doğma yurdumuzdur, orada doğulmuşuq, boya-başa çatmışıq”, – S.Abbasova bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Oktyabrın 30-da növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə – 70 nəfər köçürülüb.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bügünkü köç də nəzərə alınmaqla Laçın şəhərinə cəmi 315 ailə (1 205 nəfər) köçürülüb.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button