2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Laçında atəşkəs pozulub, Azərbaycan hərbçisi yaralanıb

Bakı Ermənistanı günahlandırır, Yerevan susur

İyulun 11-i saat 16.00 radələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Laçın istiqamətindəki üzbəüz mövqelərini atəşə tutduğu bildirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd olunur ki, Gorus rayonunun Dığ yaşayış məntəqəsindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun əsgəri Hüseyn Abdullayev yaralanıb.

Nazirlik əlavə edib ki, Hüseyn Abdullayev dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur.

Ermənistan Müdafiə Nazirliyi hadisə barədə hər hansı açıqlama yaymayıb.

Azərbaycanla Ermənistan arasında nə baş verib?

Azərbaycan və Ermənistan arasındakı Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu nəzarətə götürüb.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button