2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Lerikdəki yol qəzasında ən azı 8 nəfər həlak olub

Sentyabrın 4-də Lerik rayonunun Günəşli kəndində yol qəzası baş verib. Bu barədə TƏBİB-ə istinadən Azərtac məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Lənkəran-Lerik yolunun 45-ci kilometrliyində baş verən qəzada 8 nəfərin həlak olduğu, 8 nəfərin də yaralandığı bildirilir.

Həlak olanların hamısı qadınlardır.

Məlumata görə, qəza nəticəsində yaralananlardan 3 nəfəri Lerik, 5 nəfəri isə Lənkəran Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin ehtimala görə, hadisə idarəetmənin itirilməsi səbəbindən baş verib. Nəticədə içərisində Lənkəran sakinləri olan mikroavtobus yolun kənarındakı beton maneələrə çırpılıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə Azərbaycanda 1650-yə yaxın yol-nəqliyyat qəzası qeydə alınıb. Bu, 2020-ci illə müqayisədə 3,9 faiz çoxdur.

Nəqliyyat qəzası nəticəsində zərər çəkən şəxslərin sayı 2,5 faiz artaraq 2158 nəfər olub. Qəza zamanı 706 nəfər həlak olub, 1452 isə yaralanıb.

Hadisələrin 60 faizindən çoxu gündüz, 38 faizə qədəri gecə vaxtı baş verib. Yol -nəqliyyat qəzalarının 30 faizə yaxını isə şənbə və bazar günlərinə təsadüf edib.

Komitənin hesablamalarına görə, yol qəzalarının 89 faizi yaşayış məntəqələrində baş verib.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button