2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Leyla və Arif Yunusun apellyasiya şikayətinə yenidən baxış başladı

Hazırda Hollandiyada yaşayan Yunuslar prosesdə iştirak etməyibVəkil Elçin Sadıqov hesab edir ki, məhkəmə Yunuslar barəsində axtarış vermək niyyətindədir
Aprelin 19-da Bakı Apellyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun işi üzrə yenidən apellyasiya baxışı başlayıb.
Hazırda ölkədə olmayan Leyla və Arif Yunuslar hakim Mirpaşa Hüseynovun sədrlik etdiyi prosesdə iştirak etməyiblər. Vəkil Elçin Sadıqov bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli hökmündən Yunuslar apellyasiya şikayəti vermişdilər. Prokurorluğun isə hökmlə bağlı protesti olmadığına görə apellyasiya instansiyahsı cəzanı ağırlaşdıra bilməz. O, bu səbəbdən Yunusların apellyasiya şikayətinə özlərinin iştirakı olmadan baxılmasının mümkün olduğunu vurğulayıb.
Vəkil həmçinin cinayət işinin materiallarında təxminən 300 səhifəlik sənədlərin surətinin müdafiə tərəfinə verilməsi barədə vəsatətlə çıxış edib.
Dövlət ittihamını müdafiə edən prokuror Abbas Abbaslı sənədlərin surətinin vəkilə verilməsi ilə bağlı vəsatətə etiraz etməyib. Ancaq o, apellyasiya baxışının Leyla və Arif Yunusların iştirakı ilə keçirilməsini istəyib. O qeyd edib ki, Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib, işi yenidən apellyasiya baxışına göndərib və qərarda apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılmasının zəruriliyi qeyd edilib. Prokuror vurğulayıb ki, məhkəmə istintaqı aparılacaqsa, onların özləri də iştirakı vacibdir.
Hakimlər kollegiyası Yunusların iştirakı məsələsinə münasibət bildirməyib. Amma sənədlərin surətinin vəkilə verilməsi haqda vəsatəti təmin edib.İclas mayın 3-də davam edəcək.
Prosesdən sonra vəkil Elçin Sadıqov bildirib ki, məhkəmə Yunusları axtarışa vermək niyyətindədir. O bildirib ki, Ali Məhkəməyə şikayəti müdafiə tərəfi versə də, ləğv qərarında göstərilən əsaslar ittihamedicidir. “Yəni apellyasiya instansiyasının qərarı müdafiə tərəfinin xeyrinə olmayan əsaslarla ləğv olunub. Leyla və Arif Yunuslara qarşı apellyasiya şikayəti və ya apellyasiya protesti olmasa da, düşünürəm ki, məhkəmə qanunsuz olaraq, onları axtarışa vermək niyyətindədir. Həmçinin Ali Məhkəmənin qərarında prokurorun dediyi kimi birbaşa “məhkəmə istintaqı aparılmalıdır” da yazılmayıb. “Məhkəmə istintaqı” bəhanəsini Leyla və Arif Yunusların axtarışa verilməsinə yönəlmiş addım kimi dəyərləndirirəm”
Bakı Ağır Cinayətlər Məhkəməsi 2015-ci ilin avqust ayında Leyla Yunusun 8 il 6 ay, Arif Yunusun isə 7 il azadlıqdan məhrum edilməsi haqda hökm çıxarıb. Leyla Yunus dələduzluq, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma, sənəd sxatlaşadırması, Arif Yunus isə dələduzluq maddəsi ilə təqsirli bilinib.
Hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib.
2016-cı ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi hökmü ləğv edərək, Yunuslar barəsindəki azadlıqdan məhrum etmə cəzasını 5 il sınaq müddəti təyin olunmaqla şərti hesab edərək onları azadlığa buraxıb. Bundan sonra onlar ölkəni tərk edərək, Hollandiyaya gediblər.
Bir müddət əvvəl isə Ali Məhkəmə Yunusların şərti cəza ilə azadlığa buraxılması haqda Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərarını ləğv elədi, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərildi.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button