Loading...
Loading...
Xəbərlər

Litva Kalininqrada dəmir yolu tranzitini bərpa edib

Litva Kalininqradla (Rusiyanın eksklavı) Rusiyanın digər əraziləri arasında yüklərin dəmir yolu ilə daşınmasına qoyulan qadağanı ləğv edib.

Bu barədə RİA Novosti Litva Dəmir Yollarının nümayəndəsi Mantas Dubauskasa istinadən məlumat yayıb.

Ötən həftə Avropa Komissiyasına görə, Kalininqrad vilayətinə yüklərin tranzitinə qoyulan qadağa yalnız avtomobil nəqliyyatına aiddir. Dəmir yolu ilə icazə verilən materialların – beton, taxta və spirtin daşınması “lazımi nəzarətin həyata keçirilməsi şərtilə” mümkündür.

Hərbi yüklərin və ikili təyinatlı məhsulların daşınması bütün nəqliyyat növləri ilə qadağandır.

Litva Rusiyanın tikinti materialları və metallarının qurudan tədarükünü qadağan edən AB sanksiyalarının iyunun 17-də daxil olmasından sonra tranzitini qadağan edib. Rusiya Litvanı məhdudiyyətləri aradan qaldırmasa, “sərt cavab tədbirləri” ilə hədələyib. Müxtəlif mənbələrə görə, qadağa tranzit yüklərin 15%-dən yarısına qədər təsir edib. Aİ-nin dördüncü sanksiyalar paketinə əsasən, iyunun 17-dən Rusiyaya qara metalların və poladın idxalı, iyulun 10-dan odun, sement və spirt, avqustun 10-dan kömür və digər bərk yanacaq növlərinin idxalı qadağan edilib.

Dekabrın 5-dən isə neftin idxalına qadağa qoyulub. Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb və bu hələ də davam edir.

Rusiyanın təcavüzünə cavab olaraq Avropa İttifaqı artıq Rusiyaya qarşı yeddi sanksiya paketi qəbul edib.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Rusiya “qeyri-dost ölkələr”in siyahısını genişləndirir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button