Loading...
Loading...
Xəbərlər

Lökbatanda zavodda baş vermiş partlayışla bağlı — Zavod rəhbərindən vacib açıqlamalar

Noyabrın 20-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Elit Yatırım” LTD şirkətinə məxsus “Metal tədarükü, satışı və emalı” zavodunun ərazisində mənşəyi məlum olmayan qurğunun partlaması nəticəsində 1964-cü il təvəllüdlü Məmmədov Bəhmən Heydər oğlu hadisə yerində ölüb.

Baş vermiş hadisədən sonra “Elit Yatırım” LTD şirkəti və hadisə ilə müxtəlif fikirlər səsləndirildi.

Bütün bunlara aydınlıq gətirmək üçün “Elit Yatırım” LTD şirkətinin rəhbəri Ramazan Mehmet Dörtokla əlaqə saxladıq və o, “Ölkə.Az”ın suallarını cavablandırıb:

“5 gündür xəbərlər çıxır ki, zavod dağılıb. Ancaq bu xəbərlər küllüyən yalandır. Hazırda zavod bağlanıb, prokrorluq işçiləri əraziyə heç kimi buraxmır. Əgər icazə versələr sizi əraziyə aparıb, nəyin harada olduğunu göstərə bilərəm. Partlayış baş verəndən sonra zavoda gələndə polislər məni tanımadığı üçün əraziyə buraxmırdılar. Bizim gizləyəcəyimiz heç bir şey yoxdur”.

Zavod sahibinin sözlərinə görə, partlayış zamanı həlak olan Bəhmən Məmmədov 2 aya yaxın imiş ki, zavoda mal gətirirmiş və hadisə gətirdiyi mallara baxarkən olub:

“Bəhmən Məmmədov gətirdiyi mallara baxıb, içərisində daha bahalı metalların olub, olmadığını yoxlayırmış. Malları yoxlayan zaman əlindəki alışkanı yandırıb və bu zaman partlayış olub. Hadisə zavodun içərisində yox, zavodun ərazisində Bəhmən Məmmədovun maşının yanında baş verib. Ölən şəxsin hətta maşınının şüşələri də sınmayıb. Həmin maşın hələ də zavodun həyətindədir.

Səhlənkarlıq həm bir adamı canından etdi, həm də 4-5 gündür ki, zavod bağlı qalıb. Zavodun işləmədiyini deməyimi kimsə səhv anlamasın, ölən adama görə çox pis üzüldük. Bir insan canından oldu, biz də zavod olaraq fəaliyyətimizi dayandırdıq”.

Zavodda silah istehsal edildiyi iddiasına gəldikdə isə, Ramazan Mehmet Dörtok bildirdi ki, bizim zavod metal tədarükü, satışı və emalı ilə məşğul olur:

“Deyirlər, silah istehsal edib PKK-ya verirmişik. Ayıbdır. Metal emalı nə zamandan silah istehaslı kimi qiymətləndirilir? Polis, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları zavodda oldular, araşdırma apardılar, hələ də araşdırma davam edir. Partlayışla bağlı da FHN akt tərtib”.

Fövqəladə Hallar Nazirliyinin partlayışla bağlı tərtib etdiyi aktı sizə təqdim edirik:

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button