2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

London məhkəməsi Feyziyevlərin 50 milyonluq əmlakının dondurulmasını qüvvədə saxladı

Britaniya Ali Məhkəməsi martın 8-də azərbaycanlı deputat Cavanşir Feyziyev və arvadının Londonda dondurulmuş əmlakı ilə bağlı qərarını açıqlayıb. Məhkəmə təxminən 50 milyon dollarlıq əmlakın dondurulması qərarını qüvvədə saxlayıb.

+++

Milli Məclisin deputatı Cavanşir Feyziyevin əmlakı ilə bağlı London məhkəməsində gedən prosesə aid “Turan” agentliyinin sorğusuna onun köməkçisi Tural Salamov cavab olaraq bunları deyib:

Saytların yığılması Saytlarin yigilmasi

“Məhkəmənin müsadirə ilə bağlı hələ hər hansı qərarı yoxdur. Hazırda məhkəmədə onun qaldırdığı iddiaya baxılır”.

Londonda məhkəmə Feyziyevin əmlakı ilə bağlı onun qarşılıqlı iddiasına baxır

Britaniya Ali Məhkəməsi fevralın 22-də Azərbaycan millət vəkili Cavanşir Feyziyev və onun arvadının Londonda qanunsuz yolla əldə olunmuş pullarla alınmasından şübhələrə görə dondurulmuş 22 daşınmaz əmlakı ilə bağlı məsələyə baxılmasına başlayıb.

Ümumilikdə 39.5 milyon funt sterlinqə (50 milyon dollar) alınmış bu mülklər Ali Məhkəmənin 23 iyun 2023-cü il tarixli hökmünün ardınca dondurulmuşdu.

Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanın Araşdırılması Layihəsinin (OCCRP) məlumatında deyilir ki, Feyziyev şərh üçün sorğulara cavab verməyib, amma ailənin vəkili fevralın 22-də Ali Məhkəməyə həmin hökmün ləğv olunması üçün vəsatət təqdim edib.

Məhkəmə bu mülklərin dondurulması barədə işə Britaniya Milli Cinayətkarlıq Agentliyinin müraciəti əsasında baxmışdı.

Azadlıq radiosu

Azadlıq Qəzeti

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button