2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

London Moskvanın Ukrayna sərhədindəki hərəkətindən narahatdır (Video)

Britaniyanın baş naziri Boris Conson deyib ki, o Rusiyanın Ukrayna ilə sərhəddə hərbi qüvvə cəmləşdirməsindən son dərəcə narahatdır.

Aprelin 5-də Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon söhbətində Conson Britaniyanın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə “sarsılmaz dəstəyini” bir daha bəyan edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan əvvəl bir sıra Qərb liderləri də Rusiyanın Ukrayna ilə sərhədə qoşun və hərbi texnika toplamasından narahatlıq ifadə ediblər.

ABŞ prezidenti Co Bayden Zelenski ilə aprelin 2-də telefonla danışıb. Bu, ABŞ prezidentinin ukraynalı həmkarı ilə ilk təması idi.

Ukrayna NATO-ya qoşulmaq niyyətini bəyan edir

Son həftələrdə Ukraynanın şərqində hökumət qoşunları ilə Rusiya tərəfindən dəstəklənən separatçılar arasında atəşkəs dəfələrlə pozulub və gərginlik artıb.

Moskva Ukrayna sərhədi yaxınlığında hərbi qüvvə cəmləşdirməsini manevrlərə hazırlıqla izah edir.

Birləşmiş Ştatlat bunu Ukraynanın təhdid edilməsi adlandırıb.

Boris Consonla söhbət zamanı Zelenski Birləşmiş Krallıqdan onun ölkəsindəki hərbi mövcuddiyyətini gücləndirməsini istəyib.

“Rusiyanın indiki hərəkətləri Ukraynanın, NATO ölkələrinin və bütünlükdə Avropanın təhlükəsizliyinə hədədir”.

O habelə Qərb ölkələrini Rusiyaya onun sabitsizləşdirici hərəkətlərinə görə daha sərt sanksiyalar qoymağa və Ukraynanı NATO-nun Üzvlük Hərəkəri Planına qoşmağa çağırıb.

NATO-nun hərəkət planı bu alyansa üzv olmaq istəyən ölkələrə dəstək nəzərdə tutur.

Moskva Baydeni sınağa çəkir

Rusiya Ukraynanın NATO-ya qoşulması əleyhinədir və NATO-nu Ukraynaya dəstək üçün qoşun göndərməkdən çəkinməyə çağırıb.

Ukrayna Moskvanın dəstəklədiyi separatçılara qarşı 2014-cü ildən mübarizə aparır.

Son yeddi ildə bu münaqişədə 13 min nəfər həyatını itirib.

Rusiya Ukraynadan separatçıların nəzarətində olan ərazilərə muxtariyyət verilməsini tələb edir. Bu, Ukraynanın NATO-ya qoşulmaq perspektivlərini son dərəcə zəiflədə bilər.

Ukratynanın Donbas ərazisində son zamanlıar gərginliyin artmasına görə Kiyev və Moskva bir-birini ittiham edirlər.

Rusiya Ukrayna separatçılarına canlı qüvvə və texnika ilə dəstək verdiyini inkar edir.

Bəzi təhlilçilər deyirlər ki, Moskva Ukrayna sərhədindəki gərginliklə yeni Bayden administrasiyasının Ukraynaya dəstəyini yoxlamaq istəyir.

24 saat” “London Moskvanın Ukrayna sərhədindəki hərəkətindən narahatdır (Video)” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button