Xəbərlər

Mərkəzi Bank uçot dərəcəsini artırıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin (İH) qərarı ilə uçot dərəcəsi 0.25 bənd artırılaraq 8 faizə çatdırılıb.

Bu barədə AMB-dən bildirilib.

Vurğulanıb ki, faiz dəhlizinin aşağı həddi 1 faiz artırılaraq 5 faizə qaldırılıb, yuxarı həddi isə 9.25 faiz səviyyəsində dəyişməz saxlanıb.

AMB İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı dekabrın 16-da açıqlanacaq.

AMB-nin bundan öncəki son iclasında bildirilmişdi ki, pul siyasətinə dair növbəti qərarlar qlobal mühitdə gedən proseslərin ölkə daxilindəki inflyasiya proseslərinə və maliyyə bazarlarına təsirləri, habelə risk amillərinin balansı nəzərə alınmaqla qəbul ediləcək.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Azərbaycanda karantin ilin sonuna kimi uzadıldı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button