Loading...
Loading...
Texnologiya

Məşhur fizik: 'İnsanlar Marsa 2040-cı illərdən tez yollana bilməyəcəklər'

    Məşhur ingilis fizik Brian Cox-un sözlərinə əsasən insanlar 2040-cı ilə kimi Marsa uçuş barəsində düşünməməlidirlər. Hətta əgər bu cür irimiqyaslı hadisə 2040-cı ildən daha tez baş versə, o, 50 il bundan öncə Aya reallaşdırılmış, idarə olunan uçuş missiyasından daha qəliz bir layihə olacaq. Alimin fikrincə mövcud olan texnologiyalar vasitəsilə Marsa kimi olan ortalama 225 milyon km məsafəni qətt etmək qəliz məsələdir. Qeyd etmək lazımdır ki, Yer kürəsi tam şəkildə Günəş ilə Mars arasında yerləşən zaman ondan Marsa kimi olan məsafəsi 55 milyon km təşkil edir. Yəni bu, minimal məsafədir. Günəş Yer kürəsi ilə Mars arasında yerləşən zaman isə iki planet arasındakı maksimal məsafə göstəricisi 401 milyon km təşkil edir. Hesablamalara əsasən Yer kürəsindən Marsa kimi olan ortalama məsafəni qətt etmək üçün 1 il zaman lazımdır. “İnsanları Marsa göndərmək Perseverance aparatını Marsa göndərmək kimi bir şey deyil. Bu, çox böyük texnoloji səylər tələb edir. Mən düşünürəm ki, insanlar Marsa 2040-cı illərdə ayaq basacaqlar. Təbii ki, mən bu məsələdə səhv olmaq istərdim” – deyə Brian Cox qeyd edib.

    “Keçən əsrin 60-cı illərinin sonunda “Apollo” missiyası həmin zamanın texnoloji inkişafının yerinə yetirə biləcəyi maksimum göstərici və hətta texnoloji inkişaf imkanlarının sərhədi idi. Mən fikirləşirəm ki, Marsa uçuş missiyası bundan da qəliz bir tapşırıqdır” – deyə alim əlavə edib. Bununla belə Brian Cox bildirib ki, insanların daimi şəkildə Marsda mövcud ola bilmələri üçün nəzərdə tutulmuş infrastrukturun yaradılması artıq yaxın 10 il ərzində baş verə bilər. Hal hazırda NASA ilə SpaceX insanları Marsa ilk kimin göndərəcəyi məsələsində yarışırlar. Məsələn Elon Musk bir neçə müddət bundan öncə qeyd etmişdi ki, o artıq 2029-cu ildə insanları Marsa göndərməyi planlaşdırır. “SpaceX yaxşı şirkətdir. Ordakı mütəxəssislər kosmik uçuşların inkişafları üçün böyük işlər görüblər. Lakin mən inanmıram ki, orda Musk-ın optimistik planını yerinə yetirə bilən mühəndislər olsun” – deyə Brian Cox bildirib. Bundan əlavə olaraq alim qeyd edib ki, əgər Marsa yollanmaq üçün lazım olan bütün texnologiyalar mövcud olsaydı və ona Marsa uçmaq təklifi edilsəydi, o bu təklifdən imtina edərdi.

    Marsda potensial həyat növünün mövcud olub-olmadığı məsələsinə gəldikdə isə alim bildirib ki, əgər Perseverance aparatı Marsda həyat növünü aşkar edə bilsə, bu bizim insanların mənşəyi barəsində təsəvvürlərimizi dəyişə bilər. “Ola bilər ki, həyat ilk əvvəl Marsda yaranıb və Marsdan ayrılmış daş parçaları həyat formasını Yer kürəsinə gətiriblər. Bu halda biz marslı hesab olunuruq” – alim qeyd edib. Lakin alimin sözlərinə əsasən əgər söhbət, Marsdakı canlı orqanizmlərin olub-olmamasından gedirsə, əgər onlar orda mövcuddurlarsa deməli təkamül prosesi birhüceyrəli canlılarda dayanıb. “Yer kürəsində birhüceyrəli orqanizmlərin çoxhüceyrəli orqanizmlərə çevrilmələri üçün 3 milyard il lazım olub. Lakin Marsda bu transformasiya üçün lazımi qədər zaman olmayıb. Marsda həyat növünün nə vaxtsa yaranmış ola bildiyi halda artıq bir neçə milyon ildən sonra onun dəstəyi üçün lazım olan münbit şərait pozulub. Buna görə də əgər orda nəsə aşkar etsələr də bu, birhüceyrəli orqanizm olacaq” – Brian Cox qeyd edib.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button