2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Məhərrəm Talıbovun yerinə Sənan Paşayev

NUHÇIXAN İnformasiya Agentliyinin xəbərinə görə, bununla bağlı baş prokuror Kamran Əliyev əmr imzalayıb

Saytların yığılması Saytlarin yigilmasi

Naxçıvan Muxtar Respublikasına (MR) yeni prokuror müavini təyin olunduğu bildirilir.

NUHÇIXAN İnformasiya Agentliyinin xəbərinə görə, bununla bağlı baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Xəbərdə bildirildiyinə görə, Sənan Paşayev Naxçıvan MR prokurorunun müavini təyin olunub.

Məlumatın Baş Prokurorluğun mətbuat xidmətindən də təsdiqləndiyi qeyd edilir.

Sənan Paşayev indiyədək Azərbaycan Baş Prokurorluğunda İstintaq idarəsinin rəis müavini vəzifəsində çalışıb.

Onun adı bir sıra müxalifətçi və jurnalistlərlə bağlı cinayət işlərinin istintaqında tez-tez hallandırılıb.

Naxçıvan MR prokurorunun müavini Məhərrəm Talıbovun öz ərizəsi ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verildiyi açıqlanıb.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button