2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Məhkəmə Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalını 10 il müddətinə azadlıqdan məhrum edib

Bakı/15.11.21 Noyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində Xalq Cəbhəsi Partiyasının fəalı Aqil Hümbətovun işi üzrə prosesdə hökm elan edilib. Məhkəmə onu silahlı hücum ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edib.

Hümbətov ittihamı rədd edərək ona qarşı təxribat təşkil edildiyini və heç kimə hücum etmədiyini bildirib. Müxalifətçi cinayət işini Azərbaycan rəhbərliyini tənqidə görə “qisas” kimi qiymətləndirib.

Müdafiə tərəfi hökmlə razı deyil və Apellyasiya Məhkəməsinə şikayət verəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladaq ki, Hümbətov bu il avqustun 11-də saxlanılıb və Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) ilə ittiham olunub.

Əsasən Hümbətov Zirə kənd sakini Yamən Məmmədova bıçaqla zərbə vurmaqda ittiham olunub.

Amma hüquq müdafiəçilərinin fikrincə, Hümbətova qarşı təxribat törədilib, fəalın həbsinin əsl səbəbi onun ölkə rəhbərliyini sosial şəbəkələrdə tənqid etməsi olub.

Bir il öncə Aqil Hümbətov İnternetdə hakimiyyətin ünvanına tənqidi çıxışından sonra psixiatriya xəstəxanasına yerləşdirilmişdi. – 06B-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button