2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Məhkəmə Hafiz Babalını həbsdə saxlayıb

Aprelin 2-də Bakının Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyilə jurnalist Hafiz Babalanın ev dustaqlığına buraxılması  barədə vəsatətə baxılıb. Onun vəkili Rəsul Cəfərov vəsatəti onunla əsaslandırıb ki, Babalanın həbsdə saxlanılması üçün maddi və prosessual əsaslar yoxdur.

İstintaq Babalanın həbsdə saxlanılmasını “gizlənə” və “istintaqın gedişatına təsir göstərə” biləcəyi kimi subyektiv fərziyyələrlə əsaslandırır. Lakin hələ cinayət işindən əvvəl Babalanın ölkədən çıxışına qadağa qoyulmuşdu. Digər tərəfdən, Babalanın daimi yaşayış yeri var və ev dustaqlığına Probasiya Xidmətinin məmurları tərəfindən nəzarət olunur.

Babalı hakim Hacıyevaya etiraz edib. Jurnalist bildirib ki, hakim ona qarşı qərəzli yanaşır, çünki əvvəllər də onu həbs etmək barədə qərar verib və əvvəlki vəsatətləri rədd edib. Lakin hakim etiraz üçün “kifayət qədər əsas” görməyib və onu baxılmamış saxlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Hakim ev dustaqlığına buraxılması barədə vəsatəti də təmin etməyib və bununla bağlı apellyasiya şikayəti veriləcək, vəkil Cəfərov qeyd edib.

* Turan agentliyinin iqtisadi xəbərlər şöbəsinin redaktoru Hafiz Babalı dekabrın 13-də saxlanılıb. Ona qarşı “xarici valyuta qaçaqmalçılığı” ittihamı irəli sürülüb. Məhkəmənin qərarı ilə üç ay müddətinə ilkin həbs cəzasına məhkum edilib. Babalı “Abzas Media işi” üzrə   cəlb edilib. Hüquq müdafiəçiləri Hafiz Babalını siyasi məhbus kimi tanıyıblar.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button