2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Məhkəmə Nərgiz Absalamovanı həbsdə saxlayıb

Bakı/26.12.23/Turan: Dekabrın 26-da Xətai Rayon Məhkəməsində Abzas Media onlayn nəşrinin jurnalisti Nərgiz Absalamovanın ev dustaqlığına keçirilməsi haqqında vəsatətə baxılıb. Bu barədə Turan-a onun vəkili Şəhla Hümbətova bildirib. Onun sözlərinə görə, Absalamovanın həbs edilməsi üçün heç bir əsas yoxdur.

Lakin məhkəmə vəsatəti təmin etməyib.

Vəkil bildirib ki, prosesdə Absalamova özü də iştirak edib.

Saytların yığılması Saytlarin yigilmasi

 “Nərgiz Absalamova məhkəmədə çıxış edib. O, ona qarşı irəli sürülmüş ittihamın tamamilə əsassız olduğunu və jurnalistika fəaliyyətində peşə fəaliyyətinə görə təqib olunduğunu bildirib. O, özünü təqsirli bilmir”, deyə vəkil bildirib.

Hümbətova həmçinin jurnalistin İstintaq Təcridxanasında üzləşdiyi problem haqqında danışıb. Məsələ ondadır ki, Absalamova iki il əvvəl jurnalistlərin aksiyasında xəsarət alıb və bununla əlaqədar onurğasından əməliyyat olunub. Onun ortopedik döşəyə ehtiyacı var. Lakin İstintaq Təcridxanasının administrasiyası ona döşək verməyə icazə vermir. Bu səbəbdən Absalamovanın kürəyində ağrılar var, deyə vəkil qeyd edib.

Digər bir problem İstintaq Təcridxanasında su verilməsi ilə bağlıdır. 

“Su saatla verilir. İsti su isə cəmi həftədə iki dəfə verilir və bu, gigiyenaya riayət etmək üçün kifayət etmir”, deyə vəkil bildirib.

Bundan başqa, bu işin digər fiqurantları kimi, Absalamovanın da yaxınları ilə görüşməsinə və telefonla danışmasına icazə verilmir və bununla bağlı verilmiş şikayətə yaxın günlərdə baxılacaq.

“Onun vəkilə zəng etməyinə də icazə vermirlər. Bununla bağlı da şikayət verəcəyəm”, deyə vəkil qeyd edib.

* Abzas Media-nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, nəşrin baş redaktoru Sevinc Vaqifqızı və reportyor Nərgiz Absalamova, habelə araşdırmaçı jurnalist Hafiz Babalı qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər. Onlar ittihamları qəbul etmirlər və həbslərin nəşrin korrupsiya faktlarını araşdırması ilə bağlı olduğunu bildirirlər.

Hüquq müdafiəçiləri onları siyasi məhbus kimi tanıyıb. Beynəlxalq təşkilatlar nəşrin əməkdaşlarını azad etməyə çağırıblar. 16В06

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button