2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Məhkəmə Tofiq Yaqublunu 4 ay müddətinə həbs edib

Bakı/15.12.23/Turan: Cümə günü Nərimanov Rayon Məhkəməsi Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunu 4 ay müddətinə həbs edib.

Vəkil Nemət Kərimli jurnalistlərə bildirib ki, istintaq vəsatəti onunla əsaslandırıb ki, Yaqublu azadlıqda olarsa, “istintaqa mane ola və gizlənə bilər”.

Müdafiə tərəfi bu iddiaların əsassız olduğunu bildirib. Vəkil məhkəmənin diqqətinə ona yönəldib ki, hazırda Yaqublu şərti cəza çəkir və bu müddətdə cəzanın tələblərinə düzgün əməl edib.

Saytların yığılması Saytlarin yigilmasi

İttihama gəlincə, guya Yaqublu hansısa şəxsə siyasi mühacirət təşkil edəcəyini vəd edib və dekabrın 8-də onlar bu barədə razılığa gəliblər. Dekabrın  11-də dələduzluq ittihamı ilə cinayət işi açılıb. Vəkil istintaqın bunu belə tez müəyyən edə biləcəyinə şübhə etdiyini bildirib.

Öz növbəsində Yaqublu ittihamları rədd edərək cinayət işini öz müxalifətyönlü fəaliyyətilə əlaqələndirib.

*Dekabrın 14-də Tofiq Yaqublu “dələduzluq”, “sənədlərin saxtalaşdırılması” və “saxta sənədlərdən istifadə” ittihamlarıyla şübhəli şəxs qismində saxlanılıb.

Tofiq Yaqublu əvvəllər də dəfələrlə cinayət və inzibati həbslərə məruz qalıb, İsmayıllı iğtişaşları işi üzrə “vicdan məhbusu” kimi tanınıb.—21B06-

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button