2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Məşhur Airbnb servisi Rusiya və Belarusiyadakı fəaliyyətini dayandırıb

    Evlərin icarəsi sahəsində fəaliyyət göstərən məşhur Airbnb servisi Rusiya və Belarusiyadakı fəaliyyətini dayandırıb. Sözügedən ölkələrin vətəndaşları bundan sonra Airbnb vasitəsilə heç bir xarici ölkədə ev bronlaşdıra bilməyəcəklər. Bu barədə rəsmi məlumat servisin rəsmi saytında qeyd edilib. “Airbnb servisi Rusiya və Belarusiyadakı fəaliyyətini dayandırıb. Bu isə o deməkdir ki, Rusiya və Belarusiyada evlərin bronlaşdırılması artıq mümkün deyil. Bundan əlavə olaraq sözügedən ölkələrin vətəndaşları heç bir xarici ölkədə ev bronlaşdıra bilməyəcəklər” – deyə Airbnb qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

    Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, sözügedən ölkələr üçün elan təqvimlərinin bronlaşdırılması da dayandırılıb. Buna görə də Airbnb vasitəsilə bu ölkələrdə xarici qonaqların qəbul edilməsi mümkün deyil. Airbnb tərəfindən təqdim edilmiş bildirişdə daha ətraflı məlumat qeyd edilməyib. Servis sadəcə olaraq qeyd edib ki, o, mövcud olan vəziyyəti yaxından izləyir və daha ətraflı məlumat daha sonra veriləcək. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə məşhur Booking.com servisi də Rusiyadakı fəaliyyətini dayandırmışdı. Bu səbəblə də Rusiyada olan mehmanxanalar aktiv şəkildə Booking.com-un alternativ variantlarına qoşulmağa başladılar. 

24 saat” “Məşhur Airbnb servisi Rusiya və Belarusiyadakı fəaliyyətini dayandırıb” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button