2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Magistr təhsili almasına möhlət hüququ verilən oğlanların sayı 2.5 dəfə artıb

Beş il öncə (2016-cı ildə) Azərbaycanda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişikliklərə dair qərar qəbul edilmişdi. Həmin dəyişikliklərdən biri magistr pilləsində təhsil alan oğlanlara hərbi xidmətdən möhlət hüququ verilməsiydi. Bu dəyişikliyədək magistraturaya qəbul edilən oğlan tələbələr ilk öncə hərbi xidmətini yerinə yetirməli və daha sonra təhsil almalı olurdu. Rəsmi rəqəmlərdən aydın olur ki, bu dəyişiklikdən sonra magistr pilləsində oxuyan oğlanların sayında ciddi artım qeydə alınıb. Əgər 2016-2017-ci təhsil ilində cəmi 1 min 593 oğlan magistr adı qazanmışdısa, ötən il bu rəqəm 2.5 dəfə artaraq 4 min 29-a yüksəlib. Həmin müddət ərzində magistraturaya qəbul olunanlar arasında oğlanların xüsusi çəkisi də ardıcıl şəkildə artıb. Əgər 2016-2017-ci tədris ilində magistr adı qazananların cəmi 34 faizi oğlan idisə, son imtahanda bu göstərici 47 faizə yüksəlib.

Cədvəl: 2016-2021-ci illərdə magistr adı qazananların cinslər üzrə bölgüsü

Təhsil ili

Saytların yığılması Saytlarin yigilmasi

Qəbul olan qızların sayı

Qəbul olan oğlanların sayı

Oğlanların qəbulda xüsusi çəkisi

2020-2021

4573

4029

47 faiz

2019-2020

3745

2899

43.63 faiz

2018-2019

3567

2816

44 faiz

2017-2018

3590

2771

43.56 faiz

2016-2017

3074

1593

34.1 faiz

Rus bölməsində təhsil alan şagirdlərin sayı artmaqda davam edir

Təhsil Nazirliyinin ötən il üzrə hesabatında diqqətçəkən daha bir məqam rus bölməsində təhsil alan şagirdlərin payının daha da artmasıdır. Son bir ildə rus bölməsində oxuyan şagirdlərin sayı 10 mindən çox artaraq 140 min 535 nəfərdən 150 min 757 nəfərə yüksəlib. Başqa deyimlə, son bir ildə rus bölməsində oxuyan şagirdlərin sayı 7 faiz artıb. Beləcə, onların xüsusi çəkisi 8.7 faizdən 9.1 faizə yüksəlib. Xatırladaq ki, 2015-ci ildə bu göstərici 7.4 faiz olub. Beləliklə, son 5 ildə rus bölməsində oxuyanların bütün şagirdlər arasındakı payı 23 faiz artıb. Əvəzində Azərbaycan dilində təhsil alanların payı 2015-ci ildəki 92.3 faizdən 2020-ci ildə 90.4 faizə geriləyib.

Rus dili ilə yanaşı, ingilis dilində təhsil alanların da sayında artım gözə çarpır. Ötən il şagird sayı ən çox məhz ingilis bölməsində artıb. Onların sayı 10 faiz çoxalaraq 7 min nəfərə yaxınlaşıb. Şagird sayı baxımından siniflərin sıxlığına görə lidersə rus bölməsidir. Əgər Azərbaycan bölməsində hər sinifdə ortalama 18 şagird təhsil alırsa, rus bölməsində bu göstərici 25-ə bərabərdir.

Cədvəl: 2015 və 2020-ci illərdə Azərbaycanda müxtəlif bölmələr üzrə təhsil alanların sayı və xüsusi çəkisi

2015

2020

Bölmə

Şagird sayı

Xüsusi çəkisi

Şagird sayı

Xüsusi çəkisi

Azərbaycan

1224121

92.3 faiz

1503754

90.4 faiz

Rus

97986

7.4 faiz

150757

9.1 faiz

İngilis

1805

0.1 faiz

6945

0.4 faiz

Türk

570

0.01 faiz

346

0.02 faiz

Gürcü

1152

0.1 faiz

1129

0.1 faiz

Fransız

0.0 faiz

134

0.01 faiz

2020-ci ildə nəticələr aşağı düşüb

Azərbaycanda tələbələrin topladığı orta ballar son illərdə yüksəlsə də, pandemiya məhdudiyyətləri ilə müşayiət olunan 2020-ci ildə abituriyentlərin nəticələri aşağı düşüb. Əgər 2016-cı ildə abituriyentlərin topladığı orta bal 209 olmuşdusa, 2018-ci ildə bu göstərici 252-yə, 2019-cu ildə isə 271-ə yüksəlmişdi. Ötən ilsə həmin göstərici nisbətən azalaraq 265 olub. Qruplar üzrə ən yüksək orta bal dördüncü qrupda qeydə alınıb – 413 bal. Ən aşağı göstərici isə ikinci qrupa aiddir – 318 bal. Üçüncü qrupda həmin göstərici 403-ə, 1-ci qrupda isə 341-ə bərabər olub.

Azərbaycanda 2020-2021-ci tədris ilində qəbul imtahanlarına qatılan 66 min 835 abituriyentdən 38 min 531 nəfəri, yəni bütün abituriyentlərin 42 faizi 200-dən az bal toplayıb. Bu göstərici biröncəki illə müqayisədə 2 faiz yüksək olsa da, əvvəlki illərdən aşağıdır. İmtahanda 500-dən yüksək bal toplayanlar bütün abituriyentlərin 12 faizi olub.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button