2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

McDonald’s Qazaxıstandan gedir. ‘Vkusno i tochka’, ya ‘Tamak’?

McDonald’s fast-fud şəbəkəsi Qazaxıstandan getdiyini açıqlayandan bir neçə həftə sonra Almatıda vaxtilə bu brend altında işləyən restoranlar açılıb, ancaq hələlik, adsız. Həmin restoranların Rusiyada McDonald’s-ı əvəzlədiyi “Dadlıdır, nöqtə” adıyla işləyəcəyi haqda şaiyələr dolaşır. AzadlıqRadiosunun müxbiri bu xəbərin ölkədə xoş qarşılanmadığını yazır.

Saytların yığılması Saytlarin yigilmasi

Almatıda müştərilər adsız işə başlayan restoranlarda yeməyin dəyişmədiyini deyirlər.

Bir restoranın üstündə sarı rəngdə “M” hərfi sanki rusca “biz” (мы) sözündən xəbər verir. Ancaq içəridəki işçilərin uniformasının üstündəki “M” hərflərinin üstünə dördkünc sarı plastır yapışdırılıb. “Heinz” sous paketlərinin üstündəki yazılar qara qələmlə rənglənib.

Amangeldi Amanulla adlı tələbə hər şeyin eyni qaldığını, ancaq bu dəfə bağlamasının daha dolu olduğunu deyib. Onun qız dostu isə bəzi sousların yetərincə olmadığını dilə gətirib.

McDonald’s 2022-ci ilin noyabrında təchizat zəncirindəki problemləri əsas gətirərək bağlandığını elan edib.

Ancaq ölkədə bəziləri beş McDonald’s restoranının Rusiyanın “Vkusno i tochka” (Dadlıdır, nöqtə) brendi altında işləyəcəyindən narahatdır. Moskva ötən ilin fevralında Ukraynaya qarşı hücuma başlayandan sonra McDonald’s Rusiyadan getdiyini açıqlayanda bu brend yaradılıb.

McDonald’s yanvarın 5-də Qazaxıstandan çıxdığını rəsmiləşdirsə də, burada da qaranlıq məsələlər qalır. Frənçayzın yerli sahibi Food Solutions KZ təchizatla bağlı problemlər haqda ətraflı danışmaqdan imtina edib.

“Bloomberg” yazıb ki, “Ukraynanın işğalının yaratdığı pozuntular” nəticəsində “Qazaxıstan Rusiyadan gələn ət təchizatına əvəzləyici tapa bilməyib”.

Food Solutions KZ-nin benefisiarı, maqnat Kayrat Boranbayev hazırda Qazaxıstanda mənimsəmə ittihamları ilə həbsdədir. Bu həbs üstəgəl Rusiyadakı təchizatdan asılılıq şəbəkənin şimal qonşusuna meyllənəcəyi haqda spekulyasiya yaradıb.

Qazaxıstanın Ədliyyə Nazirliyi ötən həftə etiraf elədi ki, “Vkusno i tochka” brendinin sahibinin bu ölkədə ticarət markasını qeydiyyata almaq xahişini nəzərdən keçirir.

19 yaşlı Nartay həftədə bir dəfə McDonald’s-da yemək yeyirdi. O deyir ki, Rusiya brendinin ölkəyə gəlməsini istəmir, hətta adı qazaxcaya tərcümə olunsa belə:

“Ukraynadakı müharibəyə qarşıyam və burada Rusiya biznesinin olmasını istəmirəm. TikTok-da danışırlar ki, restoranların adını ‘Tamak’ qoya bilərlər, qazaxca ‘yemək’ deməkdir. Bu fikir xoşuma gəlir”.

Yanvarın 10-da bossu Boranbayevin məhkəməsində fasilə vaxtı jurnalistlərə danışan Food Solutions KZ direktoru Aset Maşanov isə şirkətin “yerli brend”lə işlədiyini söyləyib.

O, restoranların “Vkusno i tochka”nın tərkibinə keçəcəyini istisna edərək deyib ki, şirkəti yerli təchizatçılar şəbəkəsinin yaradılmasına öncəlik verir.

“Redpoint Kazakhstan” strateji kommunikasiya şirkətinin başçısı Assel Kojakova isə AzadlıqRadiosuna deyib ki, Qazaxıstanda milli brendlərə tələbat yüksəlib. Bunun bir səbəbi koronavirus pandemiyasının yaratdığı təchizat problemləri, digəri isə Rusiyanın Ukraynanı işğal etməsidir.

“Adamlar kimlik, milli kimlik, milli kod axtarışındadır”, – Kojakova vurğulayıb.

O, Qazaxıstanda “əks, qarşı mədəniyyət”in də yayıldığını qeyd edir. Ötən il bir şirkət rəhbəri qazax dilini aşağılayan sözləri işlədəndən sonra İnternet istifadəçiləri bu şirkətin tətbiqinə kütləvi aşağı qiymət verməyə başladılar. Həmin biznesmenə qarşı irqi nifrət təhriki üzrə cinayət işi açılsa da, sonra bağlandı, o, ictimai şəkildə üzr istədi.

“İndi məhsulların, xidmətlərin mənşəyi adamlar üçün daha vacib olub. Rusiyadan, Ukraynadan, yoxsa Avropadan gəlib? Şirkətlər müştərilərə qazax dilindəmi xidmət göstərirlər. Geosiyasət biznesə də sirayət edib və Rusiya brendi müştərilərimiz üçün qırmızı xəttə çevrilə bilər”, – Kojakova vurğulayıb.

Boranbayevin qızı Alima keçmiş prezident Nursultan Nazarbayevin nəvəsi Aisultan Nazarbayevlə evli idi. Aisultan Nazarbayev 2020-ci ildə Londonda 29 yaşında vəfat edib.

2022-ci ilin yanvar etirazlarından sonra Qazaxıstanda Nazarbayev ailəsinin mövqeləri zəifləyib, Prezident Qasım- Jomart Tokayev onları bir sıra vəzifələrdən uzaqlaşdırıb. Boranbayev də iğtişaşlardan sonra saxlanan klan üzvlərindən biridir.

Ancaq maraqlıdır ki, hətta həbsdə belə, Boranbayevin adı Rusiya mediasında McDonald’s-ın bu ölkədə qoyub getdiyi biznesə iddialı biri kimi çəkilirdi.

24 saat” “
McDonald’s Qazaxıstandan gedir. ‘Vkusno i tochka’, ya ‘Tamak’?
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button