2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏDünya

‘McDonald’s’ Rusiyadakı bütün restoranlarını bağlayır

McDonald’s qlobal fast-fud şirkəti Rusiyadakı 850 restoranını müvəqqəti olaraq bağlayır.

Saytların yığılması Saytlarin yigilmasi

Şirkətin rəhbəri Kris Kempçinski deyib ki, “Ukraynadakı münaqişə günahsız insanlara sözlə ifadə olunmayacaq iztirab gətirib”.

O bildirib ki, McDonald’s Rusiyadakı bütün restoranlarını müvəqqəti olaraq bağlayır və bazardakı bütün fəaliyyətini dayandırır.

Kempçinski bunu da deyib ki, şirkət Ukraynakı işçilərinə dəstəyi davam etdirir və işçiilərə yardım fonduna 5 milyon dollar vəsait köçürüb.

Onun sözlərinə görə Ukraynadakı 108 restoran da müvəqqəti olaraq bağlanıb.

McDonald’s Rusiyada 62 min işçisinə maaş verəcəyini bildirib. Həmin işçilərin “McDonald’s brendinə ürəyini və qəlbini qoyduğu” vurğulanır.

Rusiyadakı digər fast-fud brendləri – KFC, Pizza Hut, Starbucks və Burger King frençayzilərə məxsusdur. McDonald’s isə Rusiyadakı obyektlərinin 84 faizinə özü sahiblik edir.

KFC və Pizza Hut-ın təsisatçı şirkəti Yum Brands martın 7-də bildirib ki, Rusiyadakı 1050 restoranından gəlirinin hamısını humanitar işlərə ayırır. Şirkət Rusiyada yeni restoran açmağı da dayandırıb.

Digər korporasiyalar

Starbucks martın 8-də Rusiyada biznes fəaliyyətinə, yük göndərilməsinə və kafe əməliyyatlarına fasilə verdiyini açıqlayıb.

Coca-Cola və PepsiCo da martın 8-də Rusiyada biznesi müvəqqəti dayandırdığını açıqlayıb.

PepsiCo şirkəti Pepsi, 7Up və Mirinda içkilərinin satışını dayandırdığını, bütün reklam kampaniyalarını, onlara kapital qoyuluşunu kəsdiyini açıqlayıb. Amma şirkət süd məhsullarının, uşaq qidasının çatdırılmasını dayandırmayacağını bildirib.

Artıq bir çox korporasiyalar Ukraynanın işğalına etiraz olaraq Rusiyada əməliyyatları dayandırıblar. Onların sayının 250-yə çatdığı bildirilir.

Unilever martın 8-də bəyan edib ki, Rusiyaya bütün idxalı və bu ölkədən ixracı dayandırır, daha Rusiyaya sərmayə qoymayacaq.

24 saat” “
‘McDonald’s’ Rusiyadakı bütün restoranlarını bağlayır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button