2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Mehman Hüseynov prokurorluqda nə danışdı? – EKSPERTİZADAN KEÇİB

Bloqqer Mehman Hüseynov yanvarın 12-də, saat 16:20-dən 19.30-dək Bakı şəhər Prokurorluğunda işgəncə şikayəti ilə bağlı ifadə verib. Onu müstəntiq Hafiz Alıyev zərərçəkən qismində dindirib.
Azadliq.org-un  xəbərinə görə, bu barədə Mehman Hüseynovun özü bildirib.

Dindirmə Mehman Hüseynovun işgəncəyə məruz qalması ilə bağlı müraciəti əsasında aparılıb. Bloqqerin deməsinə görə, o, ekspertizadan da keçib.

Daxili İşlər Nazirliyi (DİN) də Baş Prokurorluq qarşısında Mehman Hüseynovla bağlı vəsatət qaldırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Nazirlik hesab edir ki, bloqqer ona işgəncə verildiyini söyləməklə polisi ağır cinayətdə ittiham etməklə böhtan atıb. Baş prokurorluqdan buna hüquqi qiymət verməsi istənilir.

Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında saxlanıb. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button