Bizim tərcüməDünya

Meksikada silahlı şəxs tıxacda maşınları bir-bir qarət edib!

Meksikanın paytaxtı Mexiko şəhərinin Santa Fe səmtində baş verən hadisədə tıxacdan istifadə edən soyğunçu silah gücünə bir çox avtomobili qarət edib və avtomobildəkilərin qiymətli əşyalarını oğurlayıb. Həmin vaxt yolda olan digər vətəndaşlar da hadisənin görüntülərini lentə alaraq sosial şəbəkədə paylaşıblar. Görüntülərdə silahlı şəxsin qara şalvar və boz sviter geyindiyi, silahı qırmızı rəngli avtomobilin sürücüsünə doğrultduğu, sonra isə əşyalarını götürərək qaçdığı əks olunub.

Silahlı soyğunçunun neçə avtomobili qarət etdiyi məlum olmasa da, ticarət bölgəsi olan Santa Fedəki şirkətlər görüntülərin yayılmasından sonra işçilərinə ərazidən uzaq durmaları barədə xəbərdarlıq edib. Vətəndaşlar vəziyyəti Mexiko polisinə bildirdikdən sonra bölgəyə təhlükəsizlik qüvvələri göndərilib və quldurun hələ də tutulmadığı bildirilib. (İHA)

Tərcümə“24 SAAT”

Gözdən qaçırmayın:  Kiyevdə yarım milyonadək mənzil işıqsız qalıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button