2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Metyu Miller: “Azərbaycanla Ermənistan arasında budəfəki görüşün vacib olduğuna inanırıq” – YENİLƏNİB

“ABŞ Dövlət Departamentinin ev sahibliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında baş tutan budəfəki görüşün vacib olduğunu düşünürük və irəliləyişin əldə olunmasına inanırıq. Üçgünlük görüşlər başa çatdıqdan sonra əldə olunacaq nəticələrlə bağlı açıqlama verəcəyik”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller “Report”un ABŞ bürosuna açıqlamasında deyib.

“Dövlət katibi bir neçə dəfə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə telefon danışıqları aparıb. Dövlət Departamenti bir neçə dəfə görüşlərə ev sahibliyi edib. Bu səhər dövlət katibi yenidən Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə təkbətək və geniştərkibli mühüm görüşlər keçirib. Biz sülhün əlçatan olduğuna inanmağa davam edirik. Nəticələr haqqında danışmaq üçün həftənin sonuna qədər gözləyəcəyik”, – Miller bildirib.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yeni mərhələsinə ev sahibliyi edir. Bu gün ABŞ dövlət dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında ikitərəfli görüşlər keçirilib.

Danışıqlar iyunun 29-dək davam edəcək.

Azərbaycanla Ermənistan arasında sülhün təminatı üçün birbaşa dialoq çox vacibdir.

“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bu gün keçirdiyi brifinqdə bildirib.

“ABŞ Azərbaycan və Ermənistanın son zamanlar sülh prosesində səmərəli iştirakından şaddır. Bu gün görüşün ilk günü idi və müzakirələr iyunun 29-dək davam edəcək. Prosesin inkişafı üçün onlara kömək edəcəyik”, – Metyu Miller qeyd edib.

Departament rəsmisi vurğulayıb ki, dövlət katibi Antoni Blinken hər iki ölkənin xarici işlər naziri ilə dəfələrlə danışıqlar aparıb:

“Hesab edirik ki, bu görüşlər vacibdir. Bu həftə irəliləyiş əldə etməyin vacib olduğunu düşünürük”.

Qeyd edək ki, iyunun 27-də ABŞ-ın dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ilə ikitərəfli görüşlər keçirib. Daha sonra Blinken iki ölkənin xarici işlər nazirləri ilə görüşüb.

Danışıqlar iyunun 29-dək davam edəcək.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button