Miçiqan ştatı da Baydenin qələbəsini təsdiqlədi


ABŞ-da Miçiqan ştatının rəsmiləri prezident Donald Trampın seçki nəticələrinin rəsmiləşdirilməsinin qarşısını almaq üçün göstərdiyi misilsiz cəhdlərə baxmayaraq demokrat namizəd Co Baydenin bu ştatda qalib gəldiyini bəyan ediblər.

Miçiqanın tərkibində iki respublikaçı və iki demokrat olan Dövlət Seçki Şurası Noyabrın 23-də seçki nəticələrini təsdiqləyib və beləliklə, Bayden bu ştat üzrə 16 seçki kollegiyası səsinə sahiblənib.

Bu da xəbər verilir ki, şura üzvü olan bir respublikaçı səsvermədə bitərəf qalıb.

Seçki nəticəsinin ştat miqyasında təsdiqlənməsi adətən formal bir prosesdir, lakin builki seçkidə səsvermənin yekunlaşdırılması ölkə boyunca siyasi böhran yaradıb.

Miçiqan ştatında seçki nəticələrinin təsdiqlənməsindən əvvəl Tramp rəsmiləşdirmənin dayandırılması məqsədilə yerli seçki rəsmilərinə və respubblikaçı deputatlara birbaşa çağırış etmişdi.

Prezident Tramp və onun respublikaçı müttəfiqləri bir sıra başqa ştatlarda etdikləri kimi Miçiqanda da seçki fırıldağı və səssayma pozuntularının olduğu barədə əsassız iddialar irəli sürmüşdülər.

Tramp seçki kollegiyası səsləri üzrə Baydendən çox geridə qalsa da, 3 noyabr seçkisində rəqibinin qələbəsini qəbul etməyib.

24saat.org

Mənbə – azadliq.org

Müzakirə mövzusu - post

SON XƏBƏRLƏR

Kateqoriyalar

Hava

Baku, Azerbaijan
Cümə axşamı, Yanvar 28, 2021
Clear
2 ° c
85%
3.73mh
-%
6 c 4 c
C
9 c 5 c
Şb
8 c 4 c
Bz
11 c 6 c
Be

Seçmə