2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Millət vəkilləri üçün etik davranış kodeksinin hazırlanması təqdirəlayiqdir”

Mirmahmud Mirəlioğlu: “Hər kəs dediyi sözə görə məsuliyyət daşımalıdır”

 

Azərbaycanda millət vəkillərinin etik davranış kodeksinin hazırlanması ilə bağlı məlumatlar yayılmaqdadır. Maraqlıdır, on və yüz minlərlə insanı təmsil dən hər hansı millət vəkilinə necə danışmaq və necə davranmaq mədəniyyətini öyrətməyə ehtiyac varmı? Əgər varsa, o zaman bu millət vəkili xalqı hansı haqla, hansı əxlaqla təmsil edə bilər?

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org-a açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu bu yeniliyi təqdir etdiyini vurğuladı:

“Dünya praktikasında millət vəkillləri ilə bağlı bir çox təcrübə mövcuddur. Bildiyim qədəri ilə Azərbaycanda Milli Məclisin daxili nizamnaməsi var və intizam tədbirləri də bu nizamnaməyə uyğun şəkildə həyata keçirilir. Hələ o vaxt belə bir müddəa var idi ki, millət vəkili etdiyi çıxışa görə məsuliyyət daşımır. Məntiqlə belə çıxır ki, Azərbaycanda ən məsuliyyətsiz adam millət vəkilidir. Əgər dediyinə görə məsuliyyət daşımırsa, deməli məsuliyyətsizdir. Millət vəkili dediyi hər sözə görə məsuliyyət daşımalıdır. Əgər millət vəkilləri ilə bağlı davranış kodeksi hazırlanırsa, bunu təbii qəbul etmək lazımdı. Dünyanın əksər ölkələrində bu var”.

 

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button