2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Milli Onkologiya Mərkəzi ətrafında qalmaqal böyüyür

Səhiyyə Nazirliyi Aslan İsmayılova cavab verdi; sosial şəbəkə istifadəçilərindən vəkilə dəstək gəldi

Vəkil Aslan Ismayılovun Milli Onkologiya Mərkəzi ilə bağlı yazısına Səhiyyə Nazirliyindən cavab gəlib. Qeyd edək ki, Aslan Ismayılovun yazısında Milli Onkologiya Mərkəzində korrupsiya hallarından, xəstələrə qarşı qeyri-insani davranışdan və s.-dən bəhs edilirdi.

Movqe.az-a açıqlama verən Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli isə Aslan Ismayılovun yazdıqlarının yalan olduğunu iddia edib. Onun sözlərinə görə, Aslan Ismayılov Milli Onkologiya Mərkəzinə gələrək xəstələrlə görüş saatının olmadığı vaxtda xəstə ilə görüşmək istəyib: “Ona başa salıblar ki, xəstəxananın daxili qaydaları var. Xəstələrlə görüş saatı saat 17:00-dan 20:00-dəkdir. O da bundan hiddətlənərək, ağzına gələni yazıb. O, Mərkəzdə hansı xəstə ilə görüşüb, kimdən nə soruşub, biz bilmirik. Ölkədə onkoloji xəstələr pulsuz dərman preparatları ilə təmin olunur. Xəstələr pulsuz müayinədən keçirilərək müalicə olunur. Tibbi xidmət pulsuz göstərilir. Onkoloji xəstələr dövlət qayğısı ilə əhatə olunub. Aslan Ismayılov özü hüquqşünas olsa da, əlində tutarlı fakt olmadan danışır. Bilmir ki, əsassız, sübutsuz danışdıqları cəfəngiyyatdan başqa bir şey deyil. Əlində rüşvətlə bağlı fakt varsa, o xəstəni də götürüb Milli Onkologiya Mərkəzinin rəhbərliyinə yaxınlaşsın. Biz məsələni aydınlaşdıraq. Nə xəstəni həkimə pul verəndə, nə də tibb bacısını xəstədən pul alanda görüb, əsassız danışır”.

Saytların yığılması Saytlarin yigilmasi

Aslan Ismayılovun Azad Kərimlinin fikirlərinə münasibəti belə olub: “Milli Onkologiya Mərkəzi ilə bağlı yazıma cavab verənlər məni yalanda, guya hansısa xəstəmə görə qərəzçilikdə suçlayıblar. Cavab yazanların həyat tərzi olan yalan, qərəzçilik mənə yad olduğundan ətraflı mövqe bildirmək fikrim yoxdur. Həmin cavabı olduğu kimi paylaşıram və onlara məsləhət bilirəm ki, ”Facebookda” tək bir səhifəmdəki yazıya olan 425 min oxunma, 8 min 600 bəyənmə, 1400 şərh və 7 min 600 paylaşıma fikir versinlər. Hələ digər səhifələrimdəki (facebook və instagram), həmin yazını paylaşmış mətbuatdakı rəqəmləri demirəm.

P.S. Milli Onkologiya Mərkəzində olanlardan xahiş edirəm, addımbaşı Sizdən pul tələb edəndə Baş Onkoloq Azad Kərimlinin yuxarıdakı sözlərini əlinizdə əsas tutun”.

Qeyd edək ki, Aslan Ismayılovun həmin yazısı sosial şəbəkələrdə rezonansa səbəb olub. Sosial şəbəkə istifadəçiləri vəkilin yazdıqlarının həqiqət olduğunu bildiriblər. Bəziləri isə orada yaxınlarının başlarına gələnləri yazıblar. Məsələn, Səbinə Rəfiyeva adlı istifadəçi yazıb: “Adam bilə ki, bu qədər xərclə müalicə olunacaq hər şeyindən keçib ödəyərsən. Amma səhv diaqnoz, gecikmiş diaqnoz, səhv müalicə nəticəsində xəstələr dünyasını dəyişir. Mənim atam da aylarla o yerdə müalicə aldı. Nə qədər pul ödədi və borca girdik. Təəssüf ki, dünyasını dəyişdi, ”güclü” səhiyyəmizə görə. Neçə dəfə analiz verdi, xərçəngə göbələk xəstəliyi diaqnozu qoyub yaranı qaşıdılar, şüa verdilər. Illərlə xərçəng olduğunu bilmədən yaşadığı yarasını oyatdılar, metastaz verdi. Allah xəstələrə şəfa, xalqımıza isə bu vicdansızlardan qurtuluş versin”.

Rəfael Həsənzadə adlı istifadəçi isə yazıb ki, onun da yaxın adamlarının başına bu cür oyun açıblar: “Bizim də başımıza bu cür oyunlar açıblar. Iki dəfə yaxın adamlarımla bu prosesdə olmuşuq. Bu bizim dövlətə və dövlətçiliyimizə təhdiddir. Çünki səhiyyəmiz bərbad, çirkaba batmış, korrupsuyaya uğramış bir quruma çevrilib. Amma Gürcüstanda səhiyyə çox gözəl təşkil olunub və heç bir rüşvət yoxdur. Bu dövlətin vətəndaşa olan qayğısı sayılır”.

Elvira Tağıyeva adlı istifadəçi isə yazıb ki, anası Milli Onkologiya Mərkəzində bir ay müalicə olunub və orada baş verənlərdən xəbərdardır: “Mənim anam orda bir ay yatıb. Amma bilirdilər öləcək. Mənə demişdilər ki, xəstə yaşamayacaq, kar olardım amma o sözləri eşitməzdim. Öz günlərim yadıma düşdü. Pul cəhənnəm olsun, ordan sağ çıxmaq mümkün deyil. Həm can verirsən, həm də malın mülkün gedir.

Xaqani Saleh oğlu Abbas adlı istifadəçi isə Milli Onkoligiya Mərkəzindəki həkimləri cinayətkar adlandırıb: “Mən də canlı şahidiyəm ki, ordakı həkimlər əsil cinayətkarlardır. 15-20 günlük ömrü olacaq bir xəstənin başına açdıqları oyunu görmüşəm. Mən həkim deyiləm, xəstəni görəndə demişdim çox yaşasa bir ay yaşayar. Həkimlər isə bunu bilə-bilə pul qoparmaq üçün çıxatmadıqları oyun qalmadı”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button