2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Milli Şura və Müsavat Partiyası Qubad İbadoğlunun həbsini pislədi

Qubad İbadoğlu Əliyev rejiminin korrupsiya əməllərini fakt və dəlillərlə ifşa edən görkəmli alimdir, dünya tərəfindən etibar qazanmış təhlilçidir”

Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) ADR Partiyasının sədri Qubad İbadoğlunun həbsinə etiraz bəyanatı yayıb.

Bəyanat Qubad İbadoğluna qarşı dövlət səviyyəsində zorakılıq aktı baş verdiyi bildirilir:

Saytların yığılması Saytlarin yigilmasi

Qubad Ibadoğlu xanımı ilə birlikdə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən  zorakılıqla saxlanılıb. Saxlanılan zaman ona və xanımına qarşı fiziki güc və mənəvi işgəncə tətbiq edilib, hər ikisinə bədən xəsarətləri yetirilib. Hipertoniya və şəkərli diabet xəstəsi olan Qubad İbadoğluna saxlanılandan sonra dərmanları verilməyib. Qubad İbadoğlunun “Bandotdel” işçiləri tərəfindən zorakı yolla saxlanılması hüquq adına rəzalətdir”.

Milli Şura Qubad İbadoğlunun saxlanılan zaman onun barəsində “FETÖ” ilə bağlı yayılan informasiyaların məqsədli olduğunu hesab edir:

Bununla da Türkiyə hüquq-mühafizə orqanlarından qaynaqlanması təəssüratı yaratmaqla Azərbaycan ictimai fikrində həbsin səbəblərinə  mənəvi etibarlılıq qazandırmaqdır. Dünyanın birinci iqtisadiyyat məktəbində gənclərə halal pul qazanmağın yollarını öyrədən iqtisadçı professor saxta pul və ya qiymətli kağızlar hazırlamaqda, satmaqda şübhəli bilinir. Görünür, hüquq-mühafizə orqanları Qubad bəyi saxlamaq üçün dəlilsizlik sindromu ilə qarşılaşıblar və nəticədə ölkənin iqtisadiyyat üzrə ən nüfuzlu aliminə qarşı bu qədər ucuz, gülünc, hüquqi anlayışa sığmayan ittiham irəli sürüblər. Müstəqilliyi olmayan məhkəmə isə belə cəfəng iddia üzrə 3 ay 26 günlük həbs qəti imkanı seçib”.

Foto: arxiv

Milli Şura Qubad bəyin həbsini onun Azərbaycan hökumətinin yeritdiyi siyasi, iqtisadi və sosial siyasətinə tənqidi münasibəti ilə əlaqələndirir:

“Qubad İbadoğlu Əliyev rejiminin korrupsiya əməllərini fakt və dəlillərlə ifşa edən görkəmli alimdir, dünya tərəfindən etibar qazanmış təhlilçidir. Qubad bəy ilk gündən “sülhməramlı” adı ilə rus qoşunlarının Azərbaycana qaytarılmasına qarşı mövqe ortaya qoyub. Qarabağın azad olunmuş ərazilərində həyata keçirilən sosial və infrastruktur layihələrində korrupsiya faktlarının olduğunu üzə çıxarıb. Onun müəllifi olduğu “Biz.tv” ardıcıl olaraq tənqidi mövqeyi ilə seçilib. Şübhəsiz ki, baş verənlər Qubad bəyin müxalif siyasi mövqeyi və “Biz.tv“-dəki tənqidi çıxışları ilə bağlıdır”.

Bəyanatda yeni yaradılmış və Londonda qeydiyyatdan keçirilmiş “Azərbaycan Gənclərinin Təhsil Fondu”nun da hakimiyyəti qəzəbləndirdiyi bildirilir:

Son həftələrdə Milli Məclisin 5 deputatı (Tahir Kərimli, Aydın Mirzəzadə, Elşən Musayev, Ceyhun Məmmədov, Fəazil Ağamalı) hakimiyyət və YAP mətbuatında bu fonda və onun təsisçilərinə qarşı böhtan kampaniyası aparılıb. Fonda qarşı tədbirlər görülməsi ilə bağlı hakimiyyət orqanlarına çağırış edilib”.

Milli Şura Qubad bəyə qarşı baş verən zorakılıq və qanunsuzluğa, onun siyasi sifariş əsasında həyata keçirilən həbsinə etirazını bildirir, ona qarşı saxta və qurama ittihamları qınayır, onun dərhal azad olunmasını tələb edir.

Müsavat Partiyası Divanının 24 iyul toplantısında da Qubad İbadoğlunun həbsinə etiraz ifadə olunub və hakimiyyətdən istintaq işinin şəffaf araşdırılması tələb edilib.

Bu barədə Meydan TV-yə danışan Mərkəzi İcra Aparatının sədri Gülağa Aslanlı bildirib ki, partiya Qubad İbadoğlunun həbsini diqqətdə saxlayacaq.

Müsavat partiyasının qurultayından
Foto: Facebook

İyulun 23-də saxlanılan iqtisadçı Qubad İbadoğlu haqda Nərimanov Rayon Məhkəməsi bir gün sonra 3 ay 26 gün qətimkan tədbiri seçib.

Qubad İbadoğluya qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

Vəkil Zibeydə Sadıqova ittihamın əsassız olduğunu vurğulamaqla yanaşı, onun istintaq dövründə həbsdə saxlanmasına zərurət olmadığını söyləyib. Vəkil Nərimanov Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verəcək.

Adları bir gün əvvəl Türkiyə mediasında “FETÖ” (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikə) maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir. Onlar iyulun 23-də məhkəmə qarşısına çıxarılıb və hər biri barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button