2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Mirşahinlə Vahid Mustafayev SAXLANILDI

ANS teleşirkətinin prezidenti Vahid Mustafayev və vitse-prezidenti Mirşahin Ağayev Baş Prokurorluğun Ağır Cinayətlərə dair İdarəsində ifadə vermələri üçün saxlanılıblar.

 

24saat.org  virtualaz.org-a istinadən xəbər verir ki, gecə saatlarında daxil olan bu məlumatı teleşirkətdən təsdiqləyiblər.

Saytların yığılması Saytlarin yigilmasi

 

V.Mustafayevlə M.Ağayevin telefonları qapalı olduğundan onların özləri ilə əlaqə saxlamaq mümkün olmayıb.

 

Ondan əvvəl isə Baş Prokurorluğun və DİN-in Səbail Rayon Polis İdarəsinin əməkdaşları teleşirkətin binasını möhürləyiblər. ANS şirkətinin rəhbərliyinə qarşı “terrorizmin təbliği” maddəsi ilə cinayət işi qaldırılıb.

 

Xatırladaq ki, dünən Milli Televiziya və Radio Şurası Baş Prokurorluğun təqdimatı ilə ANS-in yayımının dayandırlması barədə məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button