2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Mitropolit Tixon: ‘Putin öləndən sonra…’

Rus Pravoslav Kilsəsinin ən nüfuzlu nümayəndələrindən biri, medianın Rusiya prezidenti Vladimir Putinin ruhanisi adlandırdığı mitropolit Tixonun (Şevkunov) sözlərinə görə Putin elə bir nüfuza yüksəlib ki, ona varis tapmaq asan olmayacaq.

Tixon Daily Storm saytına müsahibəsində deyib:

“Bir çoxları baxırlar və deyirlər: “Bax, başqa kim beynəlxalq səviyyədə belə işləyə bilər? Ölkənin daxilini belə saxlaya bilər?” Bu elə bizim problemimizdir. İnsan ölümsüz deyil”.

Saytların yığılması Saytlarin yigilmasi

Mitropolitin sözlərinə görə rus xalqının dövlət quruculuğunda qura biləcəyi yeganə şey monarxiyadır.

Tixon deyib ki, “təkhakimiyyətlilik bizim ölkəmiz üçün təbiidir”.

Ruhani deyib ki, Putinin özü onu çarla müqayisə edəndə buna “kinayə” ilə baxır.

O əlavə edib ki, bununla belə Putin üzərinə götürdüyü “hökmdar xaçını” çox ciddi qəbul edir.

Puşkindən sitat

Tixon bu kontekstdə Aleksandr Puşkinin yazdığı faciədən Boris Qodunovun monoloqundan parçanı sitat gətirir:

“…Kim ölsə bu dünyada,
Qatil görürlər məni
Fyodoru gəbərtmişəm,
Şahzadə bacımı da,
Zavallı rahibəni…”

Mitropolit Putini “bir çox mənalarda tamamilə başqa miqyas və səviyyənin sahibi” adlandırıb.

Ruhaninin sözlərinə görə Putin tamamilə özünü düşünmür və onun yeganə vəzifəsi Rusiyanı xilas etməkdir:

“Rusiya xilas edilib, amma indi onu qoruyub saxlamaq məsələsi var. Bilirsiniz də, bizim balaca xaçın üstündə nə yazılıb? “Xilas et və qoruyub saxla”. Bunların yükü onun çiyinlərinə düşür”.

“Putin yoxdursa, Rusiya da yoxdur…”

Şevkunov deyib ki, o prezidentin son dərəcə məşğulluğuna görə bəzən onunla gecə saat 3-də görüşür.

Ruhani Rusiya ziyalılılarını “dağıdıcı meyllərə kömək etməkdə”, cəmiyyəti isə “infantilizmdə” və “dövlətlə yaradıcı dialoqa” hazır olmamaqda ittiham edib:

“Bu sonsuz qiybətçilər, şərçilər, paxıllar və dağıdıcılar – bu vahiməli bir bataqlıqdır”.

Tixon belə adamları “qaragüruh” adlandırıb.

Rusiya Konstitusiyasına bu yaxınlarda Putinin razılığı ilə edilmiş düzəlişlər onun 2036-cı ilədək prezident qalmasına imkan verir.

Hazırda 69 yaşı olan Putin yeni müddətə namizədliyini verib-verməyəcəyini hələ bilmədiyini deyir.

Buna baxmayaraq ətrafı Putinin “əvəzedilməzliyi” barədə ideyanı müntəzəm olaraq gündəmə gətirir.

Bu yaxınlarda Dövlət Dumasının spikeri Vyaçeslav Volodin daha konkret deyib: “Putin yoxdursa, Rusiya da yoxdur”.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button