2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Moskva KTMT ilə bağlı Yerevanla təmasları davam etdirəcəyini deyir

Dmitri Peskov: “Nikol Paşinyanla danışacağıq”

Moskva Yerevanla təmasları davam etdirəcək və onun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) gələcək üzvlüyü ilə bağlı vəziyyəti aydınlaşdıracaq.

Bunu martın 13-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov yerli jurnalistlərə bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Martın 12-də Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında demişdi ki, KTMT Yerevanın qaldırdığı suallara cavab verməsə, ölkəsi bu təşkilatdan çıxacaq:

Biz siyasi mövqeləri hüquqi proseslərlə qarışdırmamalıyıq. Bəli, biz KTMT-dəki fəaliyyətimizi praktiki olaraq dondurmuşuq. Bu o deməkdir ki, biz iclaslarda iştirak etmirik, nümayəndəmiz yoxdur. Bu qərar de-yuredir, yoxsa de-yure deyil? Sual yaranmırmı: niyə Ermənistanın KTMT-də daimi nümayəndəsi yoxdur? KTMT Ermənistanın dövriyyədə olan sənədləri ilə bağlı niyə münasibət bildirmir? KTMT-yə münasibətdə belə bir mövqe nə dərəcədə dürüst, ədalətli və mənəvi cəhətdən düzgündür? “Bu suallara cavab vermək üçün deməliyik ki, bizim mövqeyimiz dəyişməyib”.

Peskov deyib ki, Nikol Paşinyanın söylədiklərindən xəbərdardır:

“Əlbəttə, biz bu bəyanatları eşitmişik. Təbii ki, qarşıda çox iş var. Bizə həm KTMT çərçivəsində, həm də erməni tərəfdaşlarımızla ikitərəfli səviyyədə təmaslar lazımdır. Bu bəyanatlara uyğun olaraq Nikol Paşinyanla danışacağıq”.

Ancaq Peskov KTMT-nin Paşinyanın bu cür bəyanatlarına necə yanaşması ilə bağlı suala cavab verməyib:

Dmitri Peskov. Foto: Meydan TV

Bunu KTMT-dən soruşmaq lazımdır. KTMT adından danışmaq bizə yaraşmaz”.

Pekov, “Hazırkı vəziyyət təşkilatın fövqəladə sammitinə səbəb ola bilərmi?” sualına da oxşar cavab verib:

Yenə də deyirəm, bu, KTMT-nin qərar verməli olduğu bir şeydir. Təbii ki, KTMT çərçivəsində müəyyən işlər görülməlidir”.

2022-ci ilin noyabrında Yerevanda keçirilən KTMT sammitində Baş nazir Nikol Paşinyan təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında qərar layihəsini imzalamayıb.

Fevralın 23-də Ermənistanın Baş naziri Nikol Paşinyan bildirmişdi ki, ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı “dondurulub”.

Ermənistan bundan əvvəl dekabrın 19-da KTMT parlamentinin iclasında iştirakdan imtina edib.

Yanvarın 8-də Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan KTMT-dən heç bir gözləntinin olmadığını bildirib.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button