2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Moskva yenidən Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında vasitəçilik təklif edir

Moskva/29.12.21    Moskva münasibətlərin normallaşdırılması ilə bağlı Türkiyənin barış əhval-ruhiyyəsini alqışlayır, Rusiya  Xarici İşlər Nazirliyi rəhbərinin müavini Andrey Rudenko RİA Novosti-yə müsahibəsində bildirib.

“Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, şübhəsiz ki, regionda ümumi vəziyyətin yaxşılaşmasına səbəb olardı. Bu baxımdan son zamanlar Ankara və Yerevanın ikitərəfli dialoqa başlamaqla bağlı fəal şəkildə nümayiş etdirdikləri əhval – ruhiyyəni alqışlayırıq”, – Rudenko deyib.

Rusiya bu dialoqda Ermənistanla Türkiyə arasında vasitəçi olmağa hazırdır”, – o qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

“Bununla yanaşı, ilkin şərtlərin irəli sürülməsindən imtina etməyi, tədricən inamın və mehriban qonşuluq mühitinin formalaşmasına gətirib çıxara biləcək qarşılıqlı məqbul mövzulara və addımlara diqqət yetirməyi vacib hesab edirik”, –  o deyib.

Xatırladaq ki, Ermənistan-Türkiyə barışıq komissiyasının ilk iclasının Moskvada keçirilməsi təklif edilib. Lakin Ankara ikitərəfli görüşü vasitəçilərsiz keçirməyi təklif edib.02D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button