2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Moskvada “3+3” formatının ilk görüşü keçirilib

Bakı/10.12.21 Cümə günü Moskvada Rusiya Federasiyası, Azərbaycan, Ermənistan, Türkiyə xarici işlər nazirlərinin müavinləri və Iranın Xarici İşlər Nazirliyinin baş direktorunun həmsədrliyi ilə “3+3” regional platformasının birinci iclası keçirilib.

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, “Gürcüstanın da dəvət olunmuş nümayəndələri görüşdə iştirakdan çəkiniblər”.

“Görüş zamanı çoxşaxəli regional əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Platformanın işini onun bütün iştirakçılarını maraqlandıran praktiki məsələlərə yönəltmək razılaşdırılıb”, – xəbərdə deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

İclas iştirakçıları həmçinin “aidiyyəti nazirlik və idarələrin mümkün cəlb olunması ilə” gələcək üçün iş planlarını müzakirə ediblər. -02D-

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button