2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

MŞ Korrdinasiya Mərkəzinin üzvü cərimə edilib

Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı aprelin 17-də Nərimanov Rayon Polis İdarəsində 100 manat cərimə edildiyini bildirir. Bu barədə R.Manflının özü məlumat verib.

Onun sözlərinə görə, polisə çağrılmasına səbəb statusları olub: “Aydın idi ki, statuslarıma görə çağrılmışdım, amma mənim xüsusi karantin rejimini pozduğumu deyərək, 100 manat cərimə edib buraxdılar”.

Saytların yığılması Saytlarin yigilmasi

R.Manaflının bu dediklərinə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. Amma bu nazirlik bundan əvvəl karantin rejimindən məqsədli şəkildə müxalif şəxslərin də cəzalandırılmasından ötrü istifadə edilməsi ilə bağlı səslənən iddiaları yalanlayıb.

Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda da martın 24-dən aprelin 20-nə kimi karantin rejimi elan edilib. İndi dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər.

Azadlıq radiosu

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button