2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Mübariz Mənsimov İlham Əliyevə məktub ünvanladı

“Hörmətli prezidentim İlham Əliyev!
Bilirəm ki, bu günlərdə çox məşğul və yorğunsunuz. Başınız milyonlarla işə qarışıb. Ancaq mənə qarşı qurulan bu FETÖ ittihamı ilə əlaqədar siz də yaxşı bilirsiniz ki, mən bu cür işlərə bulaşmaram. Mən bir iş adamıyam, siyasətçi deyiləm. Hər zaman Azərbaycan və Türkiyə vətəndaşı olmağımdan qürur duymuşam. Mən hər zaman sizə güvəndim və son nəfəsimə qədər də güvənəcəyəm.
Sizdən ricam budur ki, hazırda haqqımdakı həbs qərarının ev dustaqlığına çevrilməsi üçün Türkiyə prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan ilə danışasınız. Mən illərlə çox qiymətli atanızdan yaxşılıqlar görmüşəm. Təhsilimdə onun böyük dəstəyi olub. Mən heç zaman yemək yediyim qaba tüpürməmişəm, tüpürmərəm də. Mənim hazırkı durumumu və bu ittihamları mənə qarşı düzüb-qoşanlar bilirəm ki, Rövnəq Abdullayev, onun dayısının oğlu Anar Əliyev (Əlizadə), Türkiyədən bir iş adamı və Ələddin Aykaç ilə birlikdə mənim üç keçmiş işçimdir. Onlar gedib. Mənimlə bağlı yalan, əsassız ifadələr veriblər.
Hörmətli prezidentim, sizdən xahişim bu duruma müdaxilə etməyiniz və məni bu durumdan çıxarmağınızdır. Ən çox üzüldüyüm isə günahsız anam, atam və dörd övladımın göz yaşı içində məni gözləmələridir. 81 və 84 yaşlı anama və atama üzülməsinlər deyə, mənim koronavirus səbəbilə xaricdə olmağım barədə yalan demişik. Ancaq anam və atamın səhhəti ilə əlaqədar mən onların yanında olmalıyam. Sizdən hazırkı həbs durumumum ev dustaqlığına çevrilməsi üçün yardımçı olmağınızı xahiş edirəm”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button