Loading...
Loading...
Siyasət

Müdafiə Nazirliyi Qarabağda və Ermənistanla sərhəddə atışma olduğunu bildirir

Bakı/13.08.21 Avqustun 12-də saat 21:26-da Ermənistan Silahlı Qüvvələri Qorus rayonunun Xoznavar kəndi tərəfdən Azərbaycan ordusunun Laçın rayonunun Qarıqışlaq yaşayış məntəqəsi (Laçın rayonunun yaxınlığında) istiqamətindəki mövqelərini atəşə tutublar.

Avqustun 13-də saat 02:30-da Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunun Yuxarı Veysəlli, Xocalı rayonunun Sığnax yaşayış məntəqələrində və Şuşa ətrafındakı mövqeləri atəşə tutulub.

Atəş erməni birləşmələri tərəfindən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində açılıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, həlak olanlar və yaralananlar yoxdur.

Bu arada Qarabağdakı Rusiya sülhməramlılarının informasiya bülletenində deyilir ki, “avqustun 11-də saat 7:29 və 7:58-də Azərbaycan Silahlı Qüvvələri Yersaoqun 2 kilometr şimal-qərbində Dağlıq Qarabağ silahlı formalaşmasının mövqelərinə kvadrokopterlərdən iki zərbə endirib. Xəsarət alanlar yoxdur”. -02D-

 

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  RT və Sputnik-in YouTube kanalları Avropada bloklanır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button